• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşuldu

Yelo Bank BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşuldu
14.12.2023 13:49
Korporativ Sosial Məsuliyyət strategiyasına sadiq qalan Yelo Bank insan kapitalının inkişafını dəstəkləyəcək daha bir addım atıb. Belə ki, Bank həm peşəkar həyatda, həm də cəmiyyətdə bərabərliyi təşviq edən Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşuldu. WEPs, BMT Qadınlar və BMT Qlobal Saziş tərəfindən hazırlanmış qlobal təşəbbüsdür.

Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova belə pozitiv missiyada BMT ilə eyni yolda addımladıqlarını vurğulayıb: "Yelo Bank olaraq Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulmaqdan qürur duyuruq. Qadınlar həm cəmiyyətdə, həm də kiçik və orta sahibkarlığın inkişafında aparıcı qüvvədir və Yelo Bank olaraq onların sahibkarlıq ruhunu dəstəkləməyə çox şadıq. Bizim üçün bərabərlik və inklüzivlik sadəcə sözlər deyil, bankımızın bütün fəaliyyət sahələrinə, şöbə və departamentlərinə nüfuz etmiş əsas dəyərlərdir. Biz bu layihə çərçivəsində maneələri aradan qaldıran, qadınları gücləndirən və onları rəhbər vəzifələrə sövq edən imkanlar yaratmağı hədəfləyirik. Bu əməkdaşlığın hər kəsin inkişaf etmək şansının olduğu, daha gözəl və daha ədalətli gələcəyə parlaq işıq tutacağına inanıram”.

Qeyd edək ki, Yelo Bank şirkət daxilində gender bərabərliyini təşviq edir, qadınların təhsil və peşəkar inkişafı üçün bir sıra layihələri dəstəkləyir. WEPs imzaçısı kimi Bank gender bərabərliyinin inkişaf etdirmək və müsbət dəyişikliklər üçün fəaliyyət planı hazırlamağı öhdəsinə götürür.

Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi (WEESC II) çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşir. 

Kiçik biznes krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol