• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın növbəti “Data Talks” tədbiri yekunlaşdı

Kapital Bank-ın növbəti  “Data Talks” tədbiri yekunlaşdı
22.12.2023 15:19
Xəbər verdiyimiz kimi Kapital Bank və "SUP.VC” şirkəti birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı tədbirlər həyata keçirir. İl sonunadək davam edəcək  layihənin "Data talk” formatında növbəti tədbiri baş tutdu. Ötən gün keçirilən tədbirdə iştirakçılar suallarla spikerlərə müraciət edib, tövsiyələr ala bildilər. 

Tədbirdə dayanıqlı məlumat bazaları ilə bağlı "Sığorta hadisələrinin idarə edilməsi prosesinin avtomatlaşdırılması” və "Risk modellərinin idarə edilməsi” kimi müxtəlif mövzular müzakirə edildi. 

Peşəkar mütəxəssislərlə yanaşı data sahəsinə marağı olan şəxslərin də iştirak etdiyi tədbirin ilk eksperi Kapital Bank-ın Analitika ekspert mərkəzinin data elmi üzrə eksperti Cavid Hüseynov oldu. Risklərin idarə edilməsi və modelləşdirmə üzrə böyük təcrübəyə sahib Cavid Hüseynov Azərbaycan-Fransız Universitetində kompüter elmləri üzrə təhsil alıb. Karyerasına ilk olaraq "Neuroil” şirkətində süni intellekt üzrə mühəndis kimi başlayıb. Daha sonra fəaliyyətini "Unibank”da risk modelləri üzrə mütəxəssis kimi davam etdirib. Bu müddət ərzində pərakəndə və biznes istiqamətləri üzrə skorinq modellərinin qurulmasında iştirak edib. 2021-ci ildən etibarən fəaliyyətini Kapital Bank-da davam etdirir. 

"PAŞA Sığorta”nın Data elmləri istiqamətinin rəhbəri Ülvi Salman da tədbirin eksperti idi. O, Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi təhlillər ixtisası üzrə təhsil alıb. Karyerasına "Azərsun Holdinq”də data mütəxəssisi kimi başlayıb. Risk modelləri üzrə geniş araşdırmaların müəllifidir. 2022-ci ildən fəaliyyətini "PAŞA Sığorta” da davam etdirir. 

Kapital Bank-ın bu təşəbbüsü verilənlər bazası sahəsində peşəkar olan və sahəyə marağı olan, özünü inkişaf etdirmək istəyən şəxslər üçün həm təcrübə mübadiləsi, həm də yeni tanışlıqların yaranması üçün böyük imkanlar yaradır. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol