Bakıda yeni avtobus dayanacaqları - FOTO

Bakıda 10 yeni avtobus dayanacağı quraşdırılıb. ANN.Az-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, yeni dayanacaqlar Mərdəkan-Buzovna magistral yolunda qoyulub.İşlər sakinlərin, Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyətinin, eləcə də, 171 saylı marşrutun müvəqqəti istismarçısının müraciətinə əsasən, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülüb.Paytaxtın müxtəlif yerlərində yeni avtobus dayanacaqlarının quraşdırılması prosesi davam edəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























