• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni “Samsung Galaxy S5” belə olacaq – FOTO + VİDEO

Yeni “Samsung Galaxy S5” belə olacaq – FOTO + VİDEO
25.02.2014 17:00

Telefon barmaq izlərinin skaneri, yaxınlaşdırma sensoru və nəbz ölçənlə təchiz edilib.

Əvvəlcədən planlaşdırıldığı kimi “Samsung” rəsmi şəkildə öz yeni flaqman smartfonunu “Galaxy S5” təqdim edəcək.

ANN.Az İTC-yə istinadən bildirir ki, ilk baxışdan xarici görünüşcə yeni flaqman öz sələfindən geri qalmır, sadəcə displey bir az böyüyüb.

Smartfonda 1920x1080-lik 5,1 düyümlük Super AMOLED ekranla təchiz edilib.

Ekranın altında inteqrasiyalı skanerli və əməliyyat sisteminin idarə edilməsi üçün “Home” düyməsi var.

“Samsung Galaxy S5” smartfonu metala bənzər  plastikdən hazırlanıb. Korpusun aşağı hissəsində USB 3.0 qapaqlı port yerləşib. Qurğu İP67 sertifikatlaşdırılıb və toz və sudan mühafizə qatı var.

O, 1 metr dərinlikdə suyun altında 30 dəqiqə qala bilir və işləmə qabiliyyətini itirmir. Yeni smartfon perforik arxa panelə malikdir. Təqdim edilmiş modeldə  4 nüvəli və 2,5 qiqahers tezlikli Snapdragon 800 prosessoru var. “Galaxy S5”-in əsas kamerası 16 meqapiksellikdir və o, 4 4K tipli video çəkə bilir. Kamera UHD ölçülü saniyədə 30 kadr çəkiliş apara bilir.

Üz panelində 2 meqapiksellik kamera var. Smartfon “Galaxy S5” Wi-Fi 802.11 a/b/g/n/ac (MIMO, 2x2), Bluetooth 4.0 BLE/ANT+, NFC, və infraqırmızı modul daşıyıcısıdır. Eləcə də LTE Cat 4 dəstəyi var. Qurğuda çoxlu sayda sensorlar tətbiq edilib.  Barmaq izləri sensorundan başqa qurğuda aselerometrin, hiroskopun, rəqəmsal kompasın, barometrin, yaxınlaşdırma və işıqlandırma sensorunun eləcə də nəbz ölçənin olduğu bildirilir.

O, arxa paneldə kamera modulunun altında yerləşir. Smartfon “Galaxsy S5” 2800 mAç həcmli batareya ilə təchiz edilib. Bu batareya qurğuya 390 saat gözləmə və 21 saat danışıq rejimində işləməyə imkan verir. Qurğunun enerji qoruyan rejimi xüsusi qeyd edilir. Yeni smartfon 142,0x72,5x8,1 mm ölçülərə və 145 q. çəkiyə malikdir. Əməliyyat sistemi kimi Android 4.4.2. istifadə edilir.

“Samsung Galaxy S5” satışa bu ilin aprelində çıxarılacaq. Satış qiyməti hələ elan edilməyib.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol