• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin baş sponsorluğu ilə İlin İş Adamı seçildi!

ABB-nin baş sponsorluğu ilə İlin İş Adamı seçildi!
14.03.2024 17:48
Azərbaycanda artıq beş ildir keçirilən "EY İlin İş Adamı” müsabiqəsi başa çatıb. Martın 14-də Fairmont otelində təşkil edilmiş təntənəli mərasimdə qalib elan edilib. Müsabiqənin əsas qalibi "Baku Holiday Travel” şirkətinin rəhbəri Ramil Rzayev olub. 

O, Azərbaycanı "Dünya Üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 20 iştirakçı arasından seçilib.

Bundan başqa, Umut Agro şirkətinin rəhbəri Fərid Əkbərzadə "Təsərrüfatın inkişafı”, "Balkhoorma” şirkətinin rəhbəri Tariyel Mirzəyev "Regional inkişaf”, Alpha-Omega şirkətinin rəhbəri İnarə Mirzəzadə "Sahibkar qadın”, Push-30 şirkətinin rəhbəri Adil Qasımov "İnnovasiya”, Sustainera Solutions şirkətinin rəhbəri İlkin Hacıyev "Dayanıqlı inkişaf”, BAFT & Partners şirkətinin rəhbəri Vüsal Həsənov "Ətraf mühit həlləri”, VITAM şirkətinin rəhbəri Tehran Əliyev "Azərbaycan və hüdudlarından kənarda” nominasiyası üzrə qalib olub. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov müsabiqənin qala gecəsindəki çıxışında ABB-nin ardıcıl olaraq beşinci ildir ki, bu müsabiqəyə dəstək verdiyini diqqətə çatdırıb: "EY İlin İş Adamı” müsabiqəsi bizim üçün məxsusidir. Çünki bu müsabiqə sahibkarlarımızı dəstəkləyir. Yeni dəyərlər yaradan iş adamlarımızı cəmiyyətə tanıdır. Onları yeni nailiyyətlərə ruhlandırır. Sahibkarların inkişafı, yeni təcrübələri bizi də öz xidmətlərimizi daim yeniləməyə sövq edir. Çalışırıq ki, özümüzü davamlı şəkildə müasirləşdirək, iş adamlarımızın ehtiyaclarına uyğun həllər yaradaq. Qürur duyuruq ki, indiyə qədər hər zaman sahibkarların yanında olmuşuq və bundan sonra da iş adamlarımızın yanında olacağıq”. 

EY şirkəti tərəfindən təsis edilmiş "EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda 60-dan çox ölkədə təşkil olunur və dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir. ABB ilə yanaşı, bp şirkəti və "Veysəloğlu” Şirkətlər Qrupu da müsabiqəyə sponsorluq dəstəyi göstərir. Proqramın partnyorları sırasında Ekvita konsaltinq şirkəti, Azpromo (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) da var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol