Azərbaycan neftinin qiyməti aşağı düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,7 ABŞ dolları, yaxud 0,76 % azalaraq 91,95 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent” markalı neftin may fyuçerslərinin qiyməti 90,65 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























