• $
  • €
  • ₽
  • ₺
  • £

BTC boyu ərazilərdə seysmik təhlükə varmı? - Alimlər deyir ki...

BTC boyu ərazilərdə seysmik təhlükə varmı? - Alimlər deyir ki...
19.02.2014 12:57
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri Bakı-Tbilisi-Ceyhan neft kəməri boyu ərazilərdə geodinamik vəziyyəti öyrənib və ciddi narahatlıq doğuracaq seysmik təhlükənin olmadığını müəyyən ediblər.AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədqiqatlar yer qabığının vertikal və horizontal hərəkətləri, həmçinin qruntun dinamik xüsusiyyətlərinin tədqiqi üzərində aparılıb. Bu məqsədlə nivelirləmə və qravimetrik ölçmələrdən istifadə edilib, boru boyu yerləşən 4 seysmik stansiyada zəlzələlər qeydə alınıb. Tədqiqatlar “bp” şirkətinin dəstəyi ilə “BTC boru kəməri boyunca və ətraf ərazilərin geodinamik monitorinqi” adlı layihə çərçivəsində aparılıb. Layihənin rəhbəri, institutun Geodinamika və seysmologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirib ki, bəzi süxurlar zəlzələnin riskini və gücünü artırmaq qabiliyyətinə malikdir. Bütün bu tədqiqatlar həmin təhlükələrin qiymətləndirilməsinə köklənib: “2008-ci ildən indiyə qədər görülmüş işlərin nəticəsində demək mümkündür ki, neft kəmərinin keçdiyi ərazilərdə geodinamik aktivlik daim mövcuddur, lakin hazırda boruya zərər yetirə biləcək təhlükə müşahidə olunmur”. F. Qədirov tədqiqatların davam etdirilməsinin zəruri olduğunu və hazırda yeni layihənin təqdim edildiyini bildirir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol