Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları artırıb

2024-cü ilin yanvarın 1-nə qiymətli kağızlarının ümumi dəyəri 89,326 milyon manat təşkil edib. Bu da ötən ilin yanvarın 1-i ilə müqayisədə 2,7 dəfə çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) məlumat verib.
SİF ölkə prezidentinin "Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.
2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən verilən güzəştli kreditlər hesabına 3000-dən çox yeni iş yeri açılıb.
Güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.
Hesabat dövründə 290 qadın və 108 gənc sahibkarlara ümumilikdə 23.5 milyon manat kredit verilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























