Bakı-Çelyabinsk aviareysi təxirə salındı

Bu gün Rusiyanın «İrAero» şirkətinin səhər saatlarında yerinə yetirilməsi planlaşdırılan 262 nömrəli Bakı-Çelyabinsk aviareysi təxirə salınıb. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.«Bakıdan Çelyabinskə saat 08:55-də yerinə yetirilməsi nəzərdə tutulan aviareys sərnişin sayının az olması səbəbindən təxirə salınıb. Məlumata görə, sərnişin sayının az olması ilə əlaqədar bu aviareys martın 4-də və 18-də saat 08:55-də yerinə yetiriləcək», - deyə Bakı aeroportundan bildirilib.Xatırladaq ki, Bakı-Çelyabinsk aviareysi həftədə bir dəfə, çərşənbə axşamı saat 08:55-də yerinə yetirilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























