• $
  • €
  • ₽
  • ₺
  • £

İlk milli uşaq markası “Shokki Mokki” uşaqlar üçün Gəncədə festival təşkil edib

İlk milli uşaq markası  “Shokki Mokki” uşaqlar üçün Gəncədə festival təşkil edib
03.06.2024 19:02
İlk milli uşaq markası  "Shokki Mokki” uşaqlar üçün Gəncədə festival təşkil edib


"Shokki Mokki” və Vuvuzela Medianın birgə ərsəyə gətirdiyi "Kiçik addımlarla böyük uğurlar” layihəsinin ilkin görüşü Gəncədə keçirilib.


"İdman maneə tanımır” şüarı ilə həyata keçirilən, uşaqların zehni və fiziki inkişafında mühüm rol oynayacaq "Kiçik addımlarla böyük uğurlar” layihəsində Bakıdan və bölgələrdən 1000-dən artıq uşağın iştirakı nəzərdə tutulub. 


Eyni zamanda bura "Məktəbim” proqramı çəçivəsində fəaliyyət göstərən məktəbəqədər təhsil ocaqlarındakı uşaqlar da cəlb olunacaq. 


"Shokki Mokki” brendinin marketinq müdiri Nəzrin Əliyevanin sözlərinə görə "Kiçik addımlarla böyük uğurlar” "Məktəbim” proqramı çərçivəsində həyata keçirilən ən böyük layihədir: 


"Bugün "Məktəbim proqramı çərçivəsində biz ən böyük yeni layihəmizi təqdim etdik. "Kiçik addımlarla böyük uğurlar”. Bu layihədə tərəfdaşımız Azərbaycanda və Azərbaycandan kənarda tanınan, bayrağımızı göylərdə ucaldan "Qarabağ” idman klubudur. Klubun futbolçuları, baş məşqçisi uşaqlarla görüşlər keçirdi, onları idmana həvəsləndirəcək məsləhətlər verdi”.


Layihənin fəxri səfiri, xalq artisti Tünzalə Ağayeva isə bu layihə üçün bəstələdiyi himndən danışdı:


 "Körpələrimizlə fləşmob oynadıq, rəqs etdik, mahnı oxuduq. Hansı ki, bu mahnı "Məktəbim” proqramı çərçivəsində "Kiçik addımlarla, böyük uğurlar” layihəsinə həsr olunub”. 


Qeyd edək ki, 1 iyunda Gəncə şəhərində start verilən layihənin növbəti görüşü Bakıda, son tədbiri isə 7 iyun tarixində Qubada keçiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol