• $
  • €
  • ₽
  • ₺
  • £

TANAP boru kəmərinin gücünün artımı variantları nəzərdən keçirlir - MÜSAHİBƏ

TANAP boru kəmərinin gücünün artımı variantları nəzərdən keçirlir - MÜSAHİBƏ
05.06.2024 16:16
TANAP konsorsiumu boru kəmərinin gücünün artımı ilə bağlı yeddi variantı nəzərdən keçirir. Bunu Anews.az-a müsahibəsində TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bildirib. 

"Biz TANAP boru kəmərinin gücünün artırılması üçün bir neçə variantı nəzərdən keçiririk. Ümumilikdə yeddi ssenari öyrənilir ki, bu da müxtəlif həcmlərdə genişlənməni nəzərdə tutur. Hələlik kəmərin genişləndirilməsi ilə bağlı investisiya qərarı yoxdur və TANAP konsorsiumu təkbaşına bunu edə bilməz. Həcmlər müəyyən ediləndən sonra investisiya qərarı da veriləcək”, -Düzyol deyib. 

Onun sözlərinə görə,  qaz kəmərinin ötürmə qabiliyyətinin artırılması ilə bağlı qərar avropalı istehlakçıların konkret marağı olduqda, kəmər sahibləri və qaz istehsalçıları ilə razılaşmalar olduqda verilə bilər.

"Lakin Avropa, xüsusən də qaza olan tələbatla bağlı dəqiq mesajlar  göndərmir, Azərbaycanla avropalı alıcılar arasında uzunmüddətli qaz alqı-satqısı müqavilələri imzalanmalı və TANAP vasitəsilə əlavə həcmlərin ixracı üçün tranzit müqavilələri bağlanmalıdır”,  - Düzyol deyib.

O vurğulayıb ki, bu sazişlər imzalandıqdan sonra kəmərin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı qərarın hansı həcmlərə yönəldiləcəyi müəyyənləşdiriləcək, layihənin büdcəsi də dəqiqləşdiriləcək.

Eyni zamanda, baş direktor qeyd edib ki, qaz kəmərinin ötürücülük qabiliyyətini ildə 31 milyard kubmetrə çatdırmaq üçün orta hesabla 5 il vaxt lazımdır.

"Bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, yeni boru kəmərinin çəkilməsi tələb olunmayacaq, yalnız əlavə kompressor stansiyalarının quraşdırılmasına ehtiyac olacaq.  Hazırda iki kompressor stansiyası var, lakin TANAP-ın həcmi 31 milyard kubmetrə qədər genişləndirildikdə onların sayı 6-ya çatdırılmalıdır” , - Düzyol deyib.

Düzyolun sözlərinə görə, Avropada qaza tələbat azalıb və bu, qiymətlərin aşağı düşməsinə səbəb olub. Bundan əlavə, əksər ölkələrin öz iqtisadiyyatlarını karbonsuzlaşdırmaq və aşağı karbonlu həlləri həyata keçirmək istəyi də öz təsirini göstərir.

"Eyni zamanda, biz hesab edirik ki, qaza tələbat artacaq, çünki o, kömür və ya nüvə yanacağı ilə müqayisədə elektrik enerjisi istehsalında istifadə üçün yeganə ekoloji cəhətdən təmiz alternativdir", - o qeyd edib.

Düzyol həmçinin bildirib ki, qaz kəmərinin ötürmə qabiliyyəti ildə 16,2 milyard kubmetr qaz təşkil edir ki, bunun 5,7 milyard kubmetri Türkiyəyə, qalan həcmi isə Avropaya verilir.

SOCAR-ın məlumatına görə, 2024-cü il mayın 1-nə TANAP vasitəsilə 62 milyard kubmetr qaz nəql edilib.

TANAP Türkiyənin Gürcüstanla sərhədindən və Ədirnə vilayətinin İpsala rayonundan başlayır, Yunanıstan sərhəddində Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşir və bu boru kəməri vasitəsilə Şahdəniz 2-dən hasil edilən təbii qaz Avropaya ixrac edilir. 

Kəmərin ümumi uzunluğu 1850 kilometrdir.

N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol