• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” satış və xidmət şəbəkəsi Ağstafa şəhərində!

“Nar” satış və xidmət şəbəkəsi Ağstafa şəhərində!
07.06.2024 17:32
Azərbaycanın sərfəli mobil operatoru "Nar” yenilənmiş mağazasını bu dəfə Ağstafa şəhərində təqdim etdi. Yeni konseptli mağaza "Nar”ın bütün ölkə boyunca xidmətlərinin əlçatanlığını və müştəri məmnuniyyətini yüksəltmək siyasətini nümayiş etdirir.

Göz oxşayan xarici görünüşü ilə Heydər Əliyev prospekti 40 ünvanında yerləşən yeni konseptli mağazanın peşəkar heyəti hər bir müştəriyə fərdi yanaşma göstərərək onların istəklərinə uyğun xidmətlər təqdim etməyə hazırdır. Mağaza "Nar” xidmətləri ilə yanaşı, mobil telefon və aksessuar satışı da həyata keçirir.
"Bu gün ölkənin ən qərb regionlarından biri olan Ağstafada yeni konseptli "Nar” mağazasının açılışını etməkdən çox məmnunuq” – deyə "Nar”ın (Azerfon MMC) Baş İcraçı Direktoru Qunnar Panke bildirib. Onun sözlərinə görə, yenilənmiş mağaza bölgələrdə yaşayan müştərilərə daha da yaxın olmaq və onların gözləntilərini öyrənmək üçün imkan yaradır: "Bu addım "Nar”ın, sərfəli xidmət strategiyası ilə doğru yolda olduğunu bir daha təsdiqləyir”.

Paytaxtda və regionlarda sizə yaxın "Nar” mağazasının ünvanını öyrənmək üçün nar.az saytına daxil ola bilərsiniz.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol