• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan süni peykləri üçün kosmosda fərdi mövqelərə sahib olmaq niyyətindədir

Azərbaycan süni peykləri üçün kosmosda fərdi mövqelərə sahib olmaq niyyətindədir
13.02.2014 18:56
 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərkibində olan Tənzimləyici Departamenti sərbəstləşdirməyə çalışacaq.«APA-Economics»in xəbərinə görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib: «Qurumun bazarın tənzimlənməsi məsələlərində Nazirlikdən asılılığını maksimum şəkildə azaltmağa çalışacağıq».Azərbaycanın orbitə çıxarmağa planlaşdırdığı ikinci süni telekommunikasiya peykindən danışan nazir əlavə edib ki, ölkə ümumilikdə 8 orbital mövqe üzrə qonşu kosmik ölkələrlə danışıqlara başlayıb: «Çünki onların istifadəsi üçün koordinasiya lazımdır. Bu, çox çətin prosesdir, çünki kosmik fəzada sıxlıq daha böyükdür. Əsas danışıqlar Rusiya və onun şirkətləri ilə aparılmalıdır. Bizim kosmik fəzada əsas yeri onlar tuturlar. Hesab edirik ki, hər iki peykimiz üçün fərdi orbital mövqelərimizdən istifadə edə biləcəyik».Ə.Abbasov qeyd edib ki, Azərbaycanın orbital mövqeləri Şərqi Avropadan Sakit okeana qədər ərazini əhatə edir. Onun sözlərinə görə, bu ərazidə Rusiya, Yaponiya, Çin kimi ölkələr yerləşir ki, bu məsələ onlarla razılaşdırılmalıdır.«Çünki tezlik fəzası olduqca sıxdır. Rentabelli layihələrə çıxmaq üçün onları qonşu kosmik ölkələrlə razılaşdırmaq lazımdır. Hazırda «Azerispace-1» süni peyki üçün Malayziyanın orbital mövqeyini 20 illik icarəyə götürməklə istifadə edərik. Lakin sonrakı peyklərdə Azərbaycanın öz orbital mövqelərindən istifadə etmək istəyirik», - deyə nazir vurğulayıb. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol