• $
  • €
  • ₽
  • ₺
  • £

BTC Co-nun mənfəəti azalıb

BTC Co-nun mənfəəti azalıb
02.07.2024 15:43
2023-cü ildə BTC Co boru kəməri şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından 12 milyon manat xalis mənfəət əldə edib ki, bu da  2022-ci ililə müqayisədə 10,3 dəfə azdır.  Bu barədə BTC Co yaydığı hesabatda bildirilib. 


BTC Co-nun 2023-cü ildə gəlirləri 1 milyard 005 milyon manat (artım 21,2%), satışın dəyəri 528 milyon manat (artım 39,7%), sair gəlirləri 54 milyon manat (artım 6,75 dəfə) təşkil edib. Şirkətin maliyyə xərcləri 47 milyon manat (artım 2,2 dəfə), ümumi və inzibati xərcləri 343 milyon manat (artım 16,3%) təşkil edib.


2023-cü ilin sonuna BTC Co-nun xalis aktivləri 6 milyard 628 milyon manat (azalma 1,5 faiz) təşkil edib ki, bunun da 25 faizi və ya 1 milyard 657 milyon manatı SOCAR-ın payına düşüb.


2023-cü ilin sonuna BTC Co-nun dövriyyə aktivləri 594 milyon manat (artım 58,8%), uzunmüddətli aktivləri 7 milyard 068 milyon manat (azalma 4,7%) təşkil edib.


2023-cü ilin sonuna şirkətin cari öhdəlikləri 439 milyon manat (azalma 8,9%), uzunmüddətli öhdəlikləri 595 milyon manat (artım 3,1%) təşkil edib.


2023-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ötürülən neft və kondensatın həcmi 30 milyon ton (təxminən 227 milyon barel) təşkil edib ki, bu da 2022-ci ilin göstəricisinə bərabərdir. 

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft və "Şahdəniz” yatağından kondensat, həmçinin SOCAR-ın hasil etdiyi neft və qaz kondensat ötürülür. 

BTC neft kəmərinin uzunluğu 1768 min ilometrdir. Bunun  443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1076 kilometri Türkiyə ərazisindən keçir. 
 
Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıq nefti ixrac etməyə imkan verir. 

BTC Co.-nun səhmdarları -  bp (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol