2024-cü ilin 6 ayında metro ilə sərnişindaşımalar artıb

2024-cü ilin yanvar-yununda Bakı metrosu ilə 113 milyon 195 min 216 sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur. Bu barədə "Bakı Metropoliteni” QSC məlumat verib.
Bakı metrosundan istifadə edən sərnişinləru 3,06 milyonu metrodan pulsuz istifadə edən imtiyazlı sərnişinlər olub.
Cari ilin birinci yarısında orta statistik hesabla gün ərzində metropolitenin xidmətindən 621 min 952 sərnişin yararlanıb.
"Koroğlu” stansiyası 2024-cü ilin birinci yarımilliyində liderliyini qoruyub saxlayır. Bütün sərnişinlərin 8,7 %-i və ya 9,8 milyonu bu stansiyadan metroya daxil olub.
Sərnişinlərin 8,2 % və ya 9,3 milyon nəfər "28 May” və 7,8 % və ya 8,8 milyon nəfər isə "20 Yanvar” stansiyasından istifadə edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























