• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank-dan daha bir yenilik: metro və avtobuslarda rahat ödəmə imkanı

Birbank-dan daha bir yenilik: metro və avtobuslarda rahat ödəmə imkanı
10.07.2024 12:33
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatını asanlaşdırmağa davam edir. Belə ki, artıq ödəmə terminallarının qarşısında gözləməyə ehtiyac yoxdur. Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilərlər. 

Bunun üçün Birbank mobil tətbiqində "Ödənişlər və köçürmələr” bölməsinə daxil olaraq BakıKart-ı seçmək lazımdır. Daha sonra ödəniş ediləcək kart və məbləği seçib QR bileti yaratmaq olar. 

Qeyd etmək lazımdır ki, hər bir QR bilet yalnız bir gediş üçün etibarlıdır. Yaradılan biletin etibarlılıq müddəti 5 dəqiqədir. 5 dəqiqə ərzində biletdən istifadə edilmədiyi halda silinən məbləğ 2 saat ərzində müştərinin balansına geri qaytarılır. Bilet qiymətləri "BakıKart”-ın tariflərinə uyğunlaşdırılıb. Sərnişinlər marşrut xəttindən asılı olaraq gediş haqqı məbləğini dəyişə və ya bir neçə QR bilet yarada bilərlər. Yenilikdən istifadə üçün Birbank mobil tətbiqinin ən son versiyada yenilənməsi mütləqdir. 

Ətraflı məlumat üçün: https://onelink.to/fws6tw

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol