• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil rabitə tariflər dəyişdirilir? - Nazirdən göstəriş

Mobil rabitə tariflər dəyişdirilir? - Nazirdən göstəriş
10.02.2014 12:18

 Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirilib.

 İclasda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İKT sektorunun inkişafı baxımından 2013-cü ilin yaddaqalan il olduğunu vurğulayıb. RİTN-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, kollegiya iclasında hesabat ili ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, əvvəlki illə müqayisədə İKT sektorunda artım tempi 14%, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 1 632,2 mln. manat, bu gəlirlərin ÜDM-də payı isə 1,9% təşkil edib. Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanlar nəticəsində beynəlxalq internet kanallarının ümumi tutumu 10 Gbit/s artırılaraq 210 Gbit/s-ə çatdırılıb. Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə, mobil abunəçilərin sayı isə 110-a bərabərdir. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib. 

Kollegiyaya yekun vuran nazir növbəti illərdə sektorun üzərinə düşən öhdəliklər, məqsəd və gələcək hədəflərə toxunaraq, dinamik inkişafın təmin edilməsi məqsədilə qarşıdakı dövrdə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və daha da möhkəmləndirilməsi üçün mühüm vəzifələrin müəyyənləşdirildiyini, həmçinin ölkə prezidentinin çıxışlarından irəli gələn tapşırıqların həyata keçirilməsi, sahə ilə bağlı müvafiq fərman və sərəncamlar və dövlət proqramlarında RİTN-lə bağlı tədbirlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.

Növbəti illərdə də uğurlu inkişaf tempinin saxlanılması və artırılmasının əsas hədəf kimi qarşıda dayandığını bildirən Ə.Abbasov, Nazirliyin fəaliyyətinin səmərəli təşkili, o cümlədən kosmik sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması, internet tariflərinə yenidən baxılması və onun keyfiyyətinin daha da yüksəldilməsi, mobil operatorlarla tariflərin tənzimlənməsi, genişzolaqlı rabitənin təşkilinə başlanılması üçün müvafiq tədbirlərin görülməsi, poçt xidmətlərinin çeşidinin artırılması və əlavə xidmətlərin təşkili, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, poçt və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması, habelə 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol