Dövlət qurumlarının istifadəsinə verilən domenlərin sayı azalıb

2024-cü ilin yanvar-iyulunda Azərbaycanda dövlət qurumlarının istifadəsinə verilən domenlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28% azalib. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məəumat verib.
Xidmət bu ilin əvvəlindən 46 yeni domenin qeydə alındığını bildirib.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 200 yeni subdomen də verilib ki, bu da ötən ilin yeddi ayı ilə müqayisədə 37 % çoxdur.
2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























