• $
  • €
  • ₽
  • ₺
  • £

Taxıl Fondundan taxılın qiymətinin qalxmasına münasibət

Taxıl Fondundan taxılın qiymətinin qalxmasına münasibət
29.05.2020 04:34
Qazaxıstan Azərbaycana ixrac etdiyi taxılın qiymətini qaldırıb.Bu barədə APA-nın qərb bürosuna Gəncədə un istehsalı ilə məşğul olan sahibkar Arif Həsənov məlumat verib. Onun sözlərinə görə, ötən ilin sonlarında Qazaxıstandan alınan taxılın bir tonu 250 dollar idisə də, son bir ayda bu qiymət 30 dollar artaraq 280-ə çatıb. Sahibkar bildirib ki, respublika daxilində də dəmiryolu ilə taxılın daşınma qiymətlərinin hər tona görə 10 dollar qalxması unun qiymətinə təsir edəcək. “Hələ ki, 2-3 ay əvvəl ucuz qiymətə aldığımız taxıldan un hazırlayıb satırıq. Buna görə qiymətdə dəyişiklik yoxdur. Baha qiymətə gətirdiyimiz taxıldan un üyüdəndə isə sözsüz ki, qiymətdə artım olacaq”. A. Həsənovun bildirdiyinə görə, Qazaxıstandan alınan taxılın qiymətinin bahalaşmasına səbəb həmin ölkədə dəmiryolu xərclərinin artmasıdır. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov isə APA-ya açıqlamasında bildirib ki, dəmiryolu ilə taxılın daşınma qiymətləri məzənnənin dəyişməsi və s. amillərlə əlaqədar olaraq dəyişir: “Biz də daşınmanın qiymətində fərqin olduğunu görürük. Bu ildən daşınmalarda həqiqətən cüzi fərq var - hər tonda 8 dollar. Lakin bunu çox ciddi artım hesab etmirəm. Un istehsalçıları əvvəllər hər tonda 40-60 dollar qazanırdısa, indi 30 dollar qazanarlar. Bu, bazardır”. Z. Məmmədovun sözlərinə görə, Dövlət Taxıl Fondunun taxıl idxal etdiyi ölkələrlə bağladığı müqavilələrdə taxılın bir tonu 250 dollar təşkil edir, məhsul bu qiymətə də gətirilir. “Bizə heç bir ölkədə qiymət artımı ilə bağlı heç nə bildirilməyib. Ümumilikdə, 500 min ton taxıl alınmalıdır. Bu miqdar qurtarana qədər biz taxılın tonunu 250 dollara alacağıq. İndiyə qədər 350 min ton taxıl gətirilib”, - deyə Z. Məmmədov əlavə edib.  ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol