• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi

“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi
30.09.2024 10:37
Korporativ sosial məsuliyyət prinsipinə sadiq qalan və BMT Qlobal Sazişinin üzvü olan "Nar” Nyu-Yorkda keçirilən BMT Qlobal Sazişinin Liderlər Zirvəsində təmsil olunub. Tədbirdə iştirak "Nar”ın davamlı inkişafa və məsuliyyətli biznes təcrübələrinə olan sadiqliyini vurğulayır.

Ölkəmiz üçün xüsusi önəm daşıyan COP29 tədbiri ərəfəsində keçirilən zirvə qlobal iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində özəl sektorun roluna dair müzakirələr üçün mühüm platforma təqdim edib. "Nar” burada ESG (Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) strategiyasının icrası ilə bağlı faydalı təcrübələr əldə edib və qarşıdakı tədbirlərdə bu sahədəki fəaliyyətlərini daha da genişləndirmək üçün imkanlar qazanıb.


"Nar"ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova zirvə çərçivəsində inklüzivlik və sosial məsuliyyət mövzularında çıxış edərək bildirib: "Biz sosial məsuliyyəti ön planda tutan bir şirkət olaraq, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə və iş mühitinə inteqrasiyasını dəstəkləyən layihələr həyata keçiririk. Bu, həm bərabərlik və inklüzivliyə töhfə verir, həm də cəmiyyətin müxtəlif təbəqələrinin inkişafına dəstək olmağa imkan yaradır. BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirakımız bu istiqamətdəki səylərimizi daha da gücləndirir".

Qeyd edək ki, "Nar” yerli telekommunikasiya sektorundan BMT Qlobal Sazişinə qoşulan ilk şirkət olaraq,  tədbirdə yeni tərəfdaşlıqlar qurub və korporativ dayanıqlılıq trendləri barədə mühüm məlumatlar əldə edib. Bundan əlavə, mobil operator BMT Baş Assambleyası həftəsində keçirilən müxtəlif görüşlərdə də təmsil olunub.
 
 "Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol