• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı

Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı
18.11.2024 15:37
Ölkənin birinci bankı Kapital Bank Türkiyənin nüfuzlu "Felis” mükafatına layiq görülüb. "Felis” hər il Türkiyə və Azərbaycan reklam bazarında yaradıcı yanaşma ilə seçilən və fərq yaradan layihələrə təqdim edilir. Bu il kreativliyi və uğuru ilə fərqlənənlər sırasında Kapital Bank komandasının həyata keçirdiyi 4 layihə də var. 
 
"Digital & Mobile” ("Rəqəmsal və Mobil”) bölməsində "SMM və Digital Campaign” ("Sosial media marketinq və rəqəmsal kampaniya”) kateqoriyasında qızıl "Felis”i Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi "Türkiyə üçün bir ürək olaq” layihəsi qazanıb. Xatırladaq ki, Fond 2023-cü ilin fevral ayında Türkiyənin müxtəlif bölgələrində insan təlafatı ilə nəticələnən zəlzələ zamanı ianə aksiyası başlatmış və qısa zamanda 750 000 manat toplayaraq qardaş ölkəyə göndərmişdi.
 
Kapital Bank-ın 28 May Müstəqillik Günü münasibəti ilə "TikTok” sosial şəbəkəsi üçün hazırladığı "Cümhuriyyətin İzi” adlı filter cari ilin seçilən ideyalarından biri oldu. Ümumilikdə 50 000 istifadəçinin video çəkərək paylaşdığı və həmin videoların 30 milyondan çox baxış yığdığı layihə rekord göstərici ilə "User participation” ("İstifadəçi aktivliyi”) və "Use of Technology” ("Texnologiyadan istifadə”) kateqoriyalarında 2 "Felis” qazandı.
 
Bankın "Ağıllı nağıllar” reklam agentliyi ilə birgə hazırladığı "Birbank x Paster” video çarxı qısa müddətdə izləyicilər tərəfindən çox sevildi və yerli bazarda fərq yarada bildi. Nəticədə layihə "Design & Branding” ("Dizayn və Brendinq”) bölməsində "Moving Image Design” ("Hərəkətli foto dizayn”) kateqoriyasında qalib oldu.

Bu mükafatlar Kapital Bank-ın reklam və marketinq sahəsində də innovasiyalar yaradaraq kreativ liderliyini bir daha təsdiqləyir.
 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol