• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan neft hasilatını azaldıb, qaz ixracını artırıb

Azərbaycan neft hasilatını azaldıb, qaz ixracını artırıb
11.12.2024 21:40
Azərbaycan 2024-cü ilin yanvar-noyabr;nda aylarında neft və qaz kondensatı hasilatını ötən ilin eyni dövründəki 27,6 milyon tondan 26,5 milyon tona qədər azaldıb. Bu barədə çərşənbə günü ölkənin energetika naziri Pərviz Şahbazov məlumat verib.

Cari ilin yanvar-noyabr;nda neft ixracı 23,1 milyon tondan 22,2 milyon tona qədər azalıb.

Nazir həmçinin bildirib ki, Azərbaycan yanvar-noyabr aylarında Avropaya qaz ixracını ötən ilin eyni dövründəki 10,85 milyard kubmetrdən 11,7 milyard kubmetrə qədər artırıb.

Ümumilikdə, qaz ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 22,05 milyard kubmetrdən 22,9 milyard kubmetrə qədər artıb.

Türkiyəyə qaz ixracı 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr təşkil edib. O cümlədən, TANAP boru kəməri ilə Türkiyəyə qaz ixracı 5,1 milyard kubmetr olub.

Nazir əlavə edib ki, ölkədə qaz hasilatı cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövründəki 44,0 milyard kubmetrdən 45,8 milyard kubmetrə qədər artıb.
 
N.Təbrizli























































www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol