• $
  • €
  • ₽
  • ₺
  • £

“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir

“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir
05.02.2025 17:12
Birbank Private müştərilərinə eksklüziv xidmətlər və unikal imtiyazlar təklif etməyə davam edir. Belə ki, Birbank Private, PAŞA Travel və Visa şirkəti ilə əməkdaşlıq çərçivəsində Birbank Miles Dark kartına əlavə edilən yeniliklərlə səyahəti sevənlərə daha rahat və sərfəli istirahət imkanları təqdim edir.

Birbank Miles Dark istifadəçiləri artıq PAŞA Travel-dən keçən ödənişlərdə topladıqları milləri yalnız aviabiletlər üçün deyil, həm də otellərin, turların rezervasiyası, CİP/VİP zallara giriş, sürətli keçid, visa dəstəyi və avtomobil icarəsi kimi səyahət xidmətləri üçün də istifadə edə biləcəklər. Kart öz sahiblərinə Abu Dabi, Dubay və digər şəhərlərdə premium transfer xidmətlərindən, endirimlərdən və səyahətlə bağlı konsultasiyalardan yararlanmaq şansı da yaradır.
 
Yeniliklərdən biri də müştərilərin istifadəsinə verilən hədiyyə kartlarıdır. Birbank Private-in bütün imkanlarını özündə birləşdirən və keşbek və ya millər şəklində təklif olunan "Visa Infinite” kartlarını müştərilər öz yaxınlarına hədiyyə edə biləcəklər.

Bundan başqa Birbank Private müştəriləriləri Visa konsyerjin imtiyazlarından yararlanmaqla yanaşı öz şəxsi menecerlərinə müraciət edərək assistent xidməti ilə bu imtiyazları sifariş edə bilərlər. Bu xidmət müştərilərə transfer, sürətli keçid, CİP zallarına kimi bir çox xidmətlərdən onlayn istifadə üstünlüyü qazandırır.
 
Qeyd edək ki, bütün bu yeniliklər "Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!” şüarı altında keçirilən tədbirdə müştərilərə təqdim olunub. Tədbir Birbank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadənin açılış nitqindən sonra, PAŞA Travel şirkətinin Gəlirlər üzrə Baş Direktoru Rüfət Bağırov, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev və brend səfiri Andrey Burlutskinin təqdimatları ilə davam edib. Tərəflər məhsulun üstünlükləri haqqında qonaqlara ətraflı məlumat verərək onların suallarını cavablandırıblar. Tədbirdə həmçinin, Birbank Private-in yeni filialının müştərilərin istifadəsinə verilməsi haqqında da məlumat verilib.
 
Müştəri məmnuniyyətini əsas prioritet kimi qəbul edən Birbank-ın fərdi bankçılıq xidmətləri artıq Birbank Private adı altında təqdim ediləcək. Birbank Private müştərilərə şəxsi yanaşma, etibarlı idarəetmə təklif edən və yüksək səviyyəli dəstək ilə onların maliyyə ehtiyaclarını rahat və effektiv şəkildə qarşılayan eksklüziv xidmətdir. Birbank Private xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün https://private.birbank.az/ saytına müraciət edə bilərsiniz
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol