Bərdədə doğuş zamanı ana ölüb, körpəsi sağ qalıb

Bərdə rayonunda doğuş zamanı 28 yaşlı ana ölüb, körpəsi sağ qalıb.
Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Füruzə Qaçaylı kəskin ağrılarla xəstəxanaya müraciət edib.
37 həftəlik hamiləlik dövründə olan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasında doğuş əməliyyatına götürülüb və əməliyyat normal keçib. Lakin daha sonra halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan körpə (oğlan) isə sağdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























