• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropolitenində daha bir YENİLİK

Bakı Metropolitenində daha bir YENİLİK
29.05.2020 05:08
Bakı Metropolitenindəki yeni xətlərdə enerji təchizatı, mikroiqlim şəraiti və idarəetmə fərqli olacaq.Metropolitendən Trend-ə verilən məlumata görə, Bakı Metropoliteninin perspektiv inkişaf planının birinci beşillik dövlət proqramına əsasən inşa edilən yeni xətlərdə və stansiyalarda tətbiq olunacaq bir sıra yeniliklərlə əlaqədar müzakirə aparılır, mütəxəssislərin fikir və təklifləri dinlənilib. Qəbul edilmiş qərara əsasən, yeni xətlərdə fərqli enerji təchizatı və idarəetmə sistemi tətbiq olunacaq, stansiyaların mikroiqlim şəraiti isə perspektiv də nəzərə alınmaqla, müasir sistemlərlə təchiz ediləcək.Tikilən yeni xətlərin elektrik təchizatı mövcud xətlərdəki analoqlarından tam fərqlənəcək. Bu xətlərə 35 kV-luq elektrik enerjisi şəbəkəsi xidmət göstərəcək. Bu məqsədlə dörd dizel-generatorlu yarımstansiyanın tikilməsi planlaşdırılıb. Artıq layihələndirmə işləri də tamamlanıb. Bu yarımstansiyalar 75 metro stansiyasını qidalandırmaq gücünə hesablanıb. Bununla da metropolitenin enerji təchizatı etibarlılığını daha da artıracaq. Onların mövcud 10 kV-luq yarımstansiyalardan fərqi məhz daha etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi olmasındadır. Bu, ilk növbədə, hər stansiyanın şəhər elektrik mənbələrindən bir-birindən asılı olmayan 2-3 kabel xəttinin çəkilməsinə ehtiyacı aradan qaldırır.Vacib məsələlərdən biri elektrik enerjisinin verilişi kəsilərkən tunellərdə qalmış qatarların stansiyalara çıxarılması və sərnişinlərin boşaldılmasıdır. Yeni tipli elektrik yarımstansiyalar bu problemi aradan qaldıracaq. Stansiyalarda qurulacaq dartı və azaldıcı, tunellərdə isə dörd ventilyasiya şaxtası üzərində qurulacaq 35 kV-luq yarımstansiya bu problemi qəti həll edəcək.Yeni xətlərdə stansiyaların yerli mikroiqlim şəraitinin yaradılması üçün mərkəzləşdirilmiş havalandırma və kondisionerləşdirmə sulu (çiller) sistemlərinin müasir texnologiyalara uyğun quraşdırılması nəzərdə tutulub. O, sistemlərin avtomatik tənzimlənməsi, mərkəzləşmiş dispetçer idarəetməsi və məlumatları toplayan telemexanika sistemi vasitəsilə təmin ediləcək. Bununla da sərnişinlər və metro işçilərinin normal mikroiqlim şəraitinə tələbatı müasir normativlərin tələblərinə uyğunlaşacaq.Yeni tikilən xətlərdə qatar hərəkətinin avtomatika və telemexanika sistemi elektron avadanlıqlarla təchiz olunacaq. Bu mənada qatarların radiokanal vasitəsilə idarə olunması və mikroprosessor mərkəzləşmə müasir dünyada aparıcı sistemlərdir. Yeni sistemin üstün cəhətləri iritutumlu avadanlıqların kiçikölçülü mikroprosessor və digər elektron analoqları ilə əvəzlənməsindən ibarətdir. Nəticədə avtomatlaşdırılmış iş yerlərinin yaradılması müasir əsaslardan irəli gələrək daha səmərəli olacaq və xeyli asanlaşacaq. Avadanlıqların həcmi az olsa da, kompüter bazasında təşkil edildiyindən onun məhsuldarlığı, səmərəsi əvvəlkilərdən qat-qat yüksəkdir. Yeni sistemlərin köməyi ilə həm də qatarların yerinin təyin olunması, sürətə nəzarət və s. kimi məsələlər qəti həllini tapacaq.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol