• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ən bahalı mənzilləri hansı şirkət satır?

Bakıda ən bahalı mənzilləri hansı şirkət satır?
29.05.2020 05:00

“Paşa  Construction Qrup” şirkətinin təklif etdiyi binalar paytaxtın ən bahalı evləri sayılır

“Paytaxt Bakıda baha qiymətə satılan ərazilərə yeni tikililərdən “Dəniz vağzalı” kimi tanıdığımız ərazi ilə üz-üzə olan “Paşa  Construction Qrup”un binaları olan  ərazilər bahalı evlərin siyahısındadır”. Bunu Modern.az-a açıqlamasında “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirib. “Qiymətlər mərtəbəsindən asılı olaraq hər kvadratmetrə 2-6 min arasında dəyişir. Köhnə binalarda isə “Sahil” metrostansiyasından Fəvvarələr meydanı yaxınlığında yerləşən ərazidir. Nizami küçəsinin Fəvvarələr meydanı olan tərəfə uzanan hissəsində təxminən 4-5 otaqlı arxitektur layihəli evlərin qiyməti hətta 450-500 min dollara çatır”.

R. Osmanlının sözlərinə görə, Bakı şəhərində ən ucuz 1 otaqlı mənzil 40 min ABŞ dolları ilə bazara təklif edilir. “Bundan ucuz qiymətə tapmaq mümkün deyil. İstisna ola bilər ki,Suraxanı,Xırdalan kimi ərazilərdə haradasa 35 min dollara 1otaqlı mənzil satışa çıxarılır. Amma kütləvi şəkildə təklif olunan əmlaklar 40 min dollardan yuxarı rəqəmlərdir”.Ekspert bildirir ki,topaq sahələri haqqında qiymətlər çox vaxt mətbuata açıqlanmır,saytalara yerləşdirilmir. “Torpaq sahələri şəhərin mərkəz hissəsində daha bahadır. Burada hətta 1 sotu yarım milyona təklif olunan torpaq sahələri var. Mərkəz deyərkən “28 May” metrosundan dənizkənarı ərazilərə uzanan hissələr nəzərdə tutulur. “28 May”dan kənarlaşdıqca sotu 300-350 min dollar olan torpaq sahələri var. Məsələn, Teymur Əliyev və Atatürk prospektində fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutlmuş torpaq sahələrinin 1 sotu 200-250 min dollar arasında dəyişir”.Fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş ən ucuz torpaq sahələrinə gəldikdə isə R. Osmanlı bildirir ki, bunlar Sabunçu, Xəzər rayonlarının ən ucqar ərazilərində qeydə alınır. Təxminən 1500-200 min dollar arasındadır.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol