• $
  • €
  • ₽
  • ₺
  • £

“Mançester Yunayted”dən Azərbaycan dilində mobil applikasiya

“Mançester Yunayted”dən Azərbaycan dilində mobil applikasiya
29.05.2020 04:54

 Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted” Futbol Klubu ilə birgə futbol azarkeşlərinə və mobil oyunları sevən bütün abunəçilərə yeni “Futbol fəndləri” (ing. “Manchester United Tricks”) adlı əlavəni təqdim edir. Bu, mobil telefon üçün “Mançester Yunayted” tərəfindən təqdim olunan ilk rəsmi oyundur.

Oyunun əsas özəlliklərindən biri applikasiyanın Azərbaycan dilində də mövcud olmasıdır. Qeyd edək ki, “Futbol fəndləri” yalnız ingilis, fransız, ərəb, tay və Azərbaycan dilindədir. Beləliklə, dünyanın istənilən yerindən bu əlavəni yükləyən istifadəçilərə oyunun Azərbaycan dilində versiyası da təklif olunur.

Android və iOS əməliyyat sistemində olan istənilən mobil telefona bu oyunu pulsuz yükləməklə Ryan Qiqqz, Rio Ferdinand və digər məşhur ulduzların iştirakı ilə futbol həyəcanını yaşaya bilərsiniz. Oyunda sensor ekrana intuitiv toxunuşla idarəetmə funksiyası sayəsində 40-dan çox müxtəlif xüsusi futbol hərəkətini yerinə yetirmək mümükündür.  

Əlavənin qrafika və oyun prosesi çox maraqlıdır. Oyunda yüksək xal toplamaqla bir sıra üstünlüklərə nail olmaq mümkündür. Belə ki, müəyyən xal limitini keçdikdən sonra “Mançester Yunayted”in Endi Koul və Brayn Robson kimi əfsanəvi futbolçuları ilə də oynamaq olar. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol