• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Misir bazarına girməyə hazırlaşır

SOCAR Misir bazarına girməyə hazırlaşır
11.06.2025 07:20

Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın qolu olan SOCAR Trading 2025-ci ilin iyunundan 2026-cı ilin iyununa qədər Misirə 10,4 milyon ton maye qaz (LNG) ixracı ilə bağlı beynəlxalq tenderdə iştirak edir. Bu barədə Anews.az-a məlumatlı mənbə xəbər verib. 

Tenderdə SOCAR Trading-lə yanaşı, Aramco, Trafigura, Vitol və digər iri neft-qaz ticarət şirkətləri də iştirak edir. Misir LNG-ə olan tələbatı 160 hissə ilə almğı planlaşdırır. Bu həcmi ölkəyə həm bir, həm də bir neçə şirkətin gətirməsi məsələsinə də baxılır.

"SOCAR bir illik müqavilə əldə etməyə və onu daha iki il uzatmağa ümid edir. Nəticələr iyunun sonunadək açıqlanacaq",  -  mənbə bildirib. 

SOCAR nümayəndə heyəti Misir hökuməti ilə danışıqlara 2025-ci ilin yazında  başlayıb.

Müzakirələr yalnız neft, qaz və regiona coğrafi cəhətdən yaxın üçüncü ölkələrdən neft məhsullarının tədarükünü deyil, həm də SOCAR-ın Misirin neft-qaz yataqlarının işlənməsində mümkün iştirakını əhatə edib.

“İtaliyanın Eni şirkətinin operatoru olduğu Misirin ən böyük qaz yatağı olan “Zohr”da hasilat son beş ildə demək olar ki, iki dəfə azalıb. Hazırda bu yataq ölkənin illik 60 milyard kubmetrdən çox olan qaz tələbatının yalnız üçdə birindən azını təmin edir. Bundan əlavə, Misirin İsraildən qaz idxalı da azalıb. Ölkənin LNG idxalı üzrə beynəlxalq tender elan etməsinin səbəblərindən biri də budur”, — mənbə vurğulayıb. 

SOCAR Trading üçüncü ölkələrdən LNG alqı-satqısı sahəsində geniş təcrübəyə malikdir.

Ehtiyatları 850 milyard kubmetrdən çox olan “Zohr” yatağı 10 il əvvəl kəşf edilib və 2017-ci ildən istismardadır.

Layihədə Eni (50%, operator), Rosneft (30%), BP (10%) və BƏƏ-nin Mubadala şirkəti (10%) iştirak edir. Yaxın vaxtlarda bu yataqda iki yeni quyunun qazılması planlaşdırılır.

Mənbənin bildirdiyinə görə, Misir SOCAR-ı dənizdə və quruda yerləşən yeni neft-qaz bloklarının işlənməsinə, eləcə də neft-kimya kompleksinin inkişafına cəlb etməkdə maraqlı olduğunu da bildirib. 

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol