Qızılın qiyməti 3 330 dollardan aşağı düşüb

Qızılın qiyməti çərşənbə günü 1,1% azalaraq hər troya unsiyası üçün 3 330 ABŞ dolları həddindən aşağı düşüb.
"Comex" əmtəə birjasında avqust fyuçerslərinin qiyməti Bakı vaxtı ilə səhər saatlarında 3 329,9 dollar səviyyəsində qərarlaşıb.
Qiymətlərdəki eniş ABŞ dollarının güclənməsi və investorların inflyasiya və faiz dərəcələri ilə bağlı gözləntiləri fonunda müşahidə olunub.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























