• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya yenidən Azərbaycanın maraqlarını hədəf alır

Rusiya yenidən Azərbaycanın maraqlarını hədəf alır
18.08.2025 12:04

Avqustun 17-də Rusiya Silahlı Qüvvələri yenidən Ukrayna ərazisinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə,  Azərbaycanın dövlət neft şirkəti SOCAR-a məxsus yanacaqdoldurma terminalı zədələnib.

Dəqiq zərbələrdən sonra obyektlərdə güclü yanğın baş verib. Nəticədə bir neçə rezervuar, nasos stansiyası, operator otaqları, texniki və ölçü binaları, həmçinin ərazinin hasarı ciddi şəkildə dağıdılıb. Neft bazasının ümumi saxlanma tutumu 16 min kubmetrdən çoxdur.

Bu, Rusiya tərəfindən Ukrayna ərazisində SOCAR-a məxsus obyektlərə edilən ilk hücum deyil. Belə ki, 7-dən 8-nə keçən gecə Rusiya ordusu SOCAR-ın Odessadakı digər neft bazasına "Şahed" dronları ilə hücum edib və dizel boru kəmərii zədələnib. Dörd əməkdaş ağır xəsarət alıb.

Bundan əvvəl isə Orlovka yaxınlığındakı qazpaylayıcı stansiya  raket atəşinə məruz qalıb. Bu hücumlar Rusiyanın məqsədli şəkildə təkcə Ukraynaya deyil, üçüncü ölkələrin iqtisadi maraqlarına qarşı da hərbi gücdən istifadə etdiyini göstərir.

Moskva nə beynəlxalq hüquq normalarını, nə Alyaska sammitində verilən siqnalları, nə də Ukrayna iqtisadiyyatına sərmayə qoyan üçüncü ölkələrin suveren maraqlarını nəzərə alır. SOCAR regionun aparıcı enerji şirkətlərindən biri olmaqla, Ukraynada infrastrukturun bərpasına mühüm töhfələr verir.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Rusiya Azərbaycanın maraqlarına qarşı təcavüzkar siyasətini davam etdirərsə, Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsinə baxacaq. Bu, həm də ikitərəfli münasibətlərin ciddi şəkildə yenidən qiymətləndirilməsinə səbəb ola bilər.

Bu hadisələr fonunda prezident İlham Əliyevin ABŞ-a səfəri və "Fox News" telekanalına verdiyi müsahibə də diqqət çəkir.

O, dekabrda baş verən AZAL təyyarəsinin vurulması ilə bağlı bildirib ki, Azərbaycan bunu qəsdən edilən hücum kimi qiymətləndirmir və yalnız faktın tanınması, günahkarların cəzalandırılması və tam kompensasiya tələb edir.

Lakin Ukraynada SOCAR infrastrukturu ilə bağlı baş verənlər artıq məqsədli və sistemli addımların atıldığını göstərir.

Rusiya Azərbaycanın enerji maraqlarına qarşı təzyiq siyasəti yürüdür və bu, regional sabitliyə ciddi təhdid yaradır.

Millət vəkili Asim Mollazadə bildirir ki, Rusiya Ukraynada enerji qıtlığı yaratmaq üçün SOCAR-ın neft bazasını vurub.

“Bu prosesdə ilk növbədə dünya ölkələri birləşərək Rusiyanı dayandırmalıdır. Çünki Rusiya dayanmasa, digər qonşu ölkələrə hücuma başlayacaq. Rusiya dünyanı nüvə silahı ilə təhdid edir. Azərbaycan öz hərbi qərarlarını Türkiyə ilə birgə etməlidir. Şuşa bəyannaməsini nəzərə alsaq, iki ölkə hərbi müttəfiqdir. İstənilən təhdidə qarşı bizim birgə hərəkətimiz olmalıdır”,- deputat vurğulayıb.

Politoloq Elxan Şahinoğlunun fikrincə isə  Rusiyanın bu hərəkəti Azərbaycana mesajdır.

“ Rusiya Azərbaycanı qorxutmaq, Azərbaycanı Ukrayna ilə əməkdaşlıqdan imtinaya sövq etmək niyyətindədir. Amma tam tərsi baş verir. Azərbaycan Ukrayna ilə əməkdaşlıqdan imtina etmir, əksinə Odessada bizim yanacaqdoldurma məntəqəmizin vurulmasından sonra Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı oldu və nəticədə Azərbaycan Ukraynaya əlavə yardım ayırdı. Azərbaycan bu zərbədən sonra daha bir qərar verə bilər. Bu Azərbaycana qarşı qəsdən münasibətlərin korlanmasına şərait yaratmaqdır. Ona görə mümkündür ki, Azərbaycanla Ukrayna arasında hərbi əməkdaşlığın başlanması istiqamətində müəyyən addımlar atılsın”,  - politoloq bildirib.

Ekspertlərin fikrincə, Azərbaycan üçün bu hadisə bir daha sübut edir ki, ölkənin təhlükəsizliyi və iqtisadi inkişafı yalnız Türkiyə, Avropa İttifaqı və ABŞ ilə tərəfdaşlığın dərinləşdirilməsi ilə təmin oluna bilər.

İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

N.Təbrizli

Aytac Zeynalova

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol