• $
  • €
  • ₽
  • ₺
  • £

"Şahdəniz-2" çərçivəsində daha bir iri müqavilə bağlandı

"Şahdəniz-2" çərçivəsində daha bir iri müqavilə bağlandı
28.05.2020 21:57

Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən «Şahdəniz» qaz yatağının Mərhələ 2 çərçivəsində işlənməsi üçün növbəti iri müqavilə bağlanıb.Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, KBR şirkəti ilə bağlanan bu müqavilə «Şahdəniz-2» layihəsi üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işləri üzrə dəstək xidmətlərinin göstərilməsini nəzərdə tutur. Müqavilənin bağlanması dekabrın 17-də Bakıda imzalanan Mərhələ-2 işlənməsi üzrə yekun investisiya qərarından sonra gerçəkləşib. Müqavilənin dəyəri 365 mln. ABŞ dolları təşkil edir. Sözügedən müqavilə çərçivəsində nəzərdə tutulan işlərin 2014-cü ilin yanvar ayında başlanması planlaşdırılır və bu işlərin 2018-ci ildə başa çatacağı gözlənilir. Bu müqavilənin iş həcmi bir-biri ilə körpü vasitəsilə birləşdirilən iki platformadan ibarət «Şahdəniz-2» dəniz kompleksi üçün dənizdə mühəndis-layihələndirmə işlərinə dəstək, Səngəçal terminalında hər birinin gücü gündə 900 mln. kubfut olan iki qaz texnoloji xəttindən ibarət qaz emalı qurğusu və gündə təxminən 105 min barel gücə malik kondensat emalı qurğuları üçün quruda mühəndis-layihələndirmə işlərinə dəstək xidmətləri, təchizat-tədarük xidmətlərinin göstərilməsi və layihə üzrə məlumatların idarə olunması üçün inteqratordan ibarətdir. Qeyd edək ki, «Şahdəniz» layihəsində BP (28,8%), Azərbaycan Dövlət Neft Şirkəti (16,7%), «Statoil» (15,5%), «Total» (10 %), «LUKoil» (10%), NICO (10%) və TPAO (9%) şirkətləri iştirak edir.ANN.Az 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol