• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank of Baku”-nun “Səməd Vurğun” filialı fəaliyyətə başladı!

“Bank of Baku”-nun “Səməd Vurğun” filialı fəaliyyətə başladı!
28.05.2020 21:58

Müştərilərə daha çevik xidmət göstərmək məqsədi ilə paytaxt Bakıda “Bank of Baku”-nun yeni filialı fəaliyyətə başlayıb.

“Bank of Baku”-nun “Səməd Vurğun” filialı bankın sayca artıq 22-ci filialıdır. Filial  “28 may” metrosunun yaxınlığında, Nəsimi rayonu, Puşkin küçəsi, 12/14 ünvanında yerləşir (Səməd Vurğun parkının yaxınlığı). Bank filialı  bazar ertəsindən şənbəyə kimi saat 9.00-dan 17.00-a kimi müştərilərə bütün növ bank xidmətləri göstərir.

Yeni filialın açılışı münasibətilə “Bank of Baku”-nun Baş Direktoru Fərid Əlizadə bildirib ki, filial şəbəkəsinin inkişafı üzrə bankın strateji proqramı uğurla həyata keçirilməkdədir.

“Dəyərli müştərilərimizi daha bir Yeni il hədiyyəsi ilə məmnun etmək üçün səylərimizi əsirgəmədik. Yeni filial füsünkar paytaxtımızın mərkəzi hissəsində, Səməd Vurğun parkının  bir addımlığında yerləşir və ən müasir bank avadanlığı və texnologiyalarla təchiz edilib. Filialda bütün bank xidmətləri, o cümlədən, kiçik və orta sahibkarlığın kreditləşməsi kimi xidmətlər göstərilir. Biz yeni filialda müştərilərimizi görməyə şad olarıq və dinamik inkişaf edən şəhər iqtisadiyyatına yeni töhfəmizlə qürur duyuruq”.

“Bank of Baku”-nun filial şəbəkəsi barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür : http://www.bankofbaku.com/az/filials-and-atms/fillials/

“Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.  

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol