• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan silah idxalına görə dünya liderlərindəndir - SİYAHI

Azərbaycan silah idxalına görə dünya liderlərindəndir - SİYAHI
28.05.2020 22:44
Azərbaycan 2013-cü ildə silah və hərbi texnika idxalına görə dünya ölkələri arasında 15-ci yeri tutur. APA-nın məlumatına görə, bu barədə Dünya Silah Ticarəti Analizi Mərkəzinin (SAMTO) yaydığı məlumatda qeyd olunub. Təşkilatın ilkin məlumatlar əsasında hazırladığı analizə görə, rəsmi Bakı 2013-cü ildə silah və hərbi texnika idxalına 1 milyard 257 milyon ABŞ dolları vəsait sərf edib. Ümumilikdə, 2013-cü ildə dünya ölkələri silah alışına ən azı 65 milyard 982 milyon dollar xərcləyib ki, bu da «soyuq müharibə» dövründən sonra ən yüksək nəticədir. Silah alınması üzrə ilk yerdə 9 milyard 943 milyon dollarla Hindistan dayanır. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (5 milyard 329 milyon dollar), Böyük Britaniya (3 milyard 626 milyon dollar), BƏƏ (3 milyard 511 milyon dollar), ABŞ (2 milyard 502 milyon dollar), Küveyt (2 milyard 451 milyon dollar), Türkiyə (1 milyard 733 milyon dollar), Tayvan (1 milyard 730 milyon dollar), İndoneziya (1 milyard 718 milyon dollar), Misir (1 milyard 629 milyon dollar) gəlir. Böyük həcmli silah idxalçılarının ikinci onluğunda Çin 1 milyard 547 milyon dollarla 11-ci yerdə, Avstraliya 1 milyard 447 milyon dollarla 12-ci yerdə, Venesuela 1 milyard 297 milyon dollarla 13-cü yerdə, Sinqapur 1 milyard 260 milyon dollarla 14-cü yerdə, Azərbaycan 1 milyard 257 milyon dollarla 15-ci yerdə, Pakistan 1 milyard 220 milyon dollarla 16-cı yerdə, Mərakeş 1,2 milyard dollarla 17-ci yerdə, Finlandiya 1 milyard 141 milyon dollarla 18-ci yerdə, Yunanıstan 1 milyard 131 milyon dollarla 19-cu yerdə və Braziliya 1 milyard 59 milyon dollarla 20-ci yerdə qərarlaşıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol