• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Azərbaycanda iribuynuzlu heyvanların sayı azaldılmalıdır

Nazirlik: Azərbaycanda iribuynuzlu heyvanların sayı azaldılmalıdır
29.05.2020 11:53
Azərbaycanda heyvandarlıq sektoru ekstensiv şəkildə inkişaf edir.Hazırda ölkədə 2,712 mln. baş iribuynuzlu heyvan var. Lakin bu qədər heyvanın saxlanılmasına ehtiyac yoxdur. Bunu «APA-Economics»ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib. Onun sözlərinə görə, ölkədə torpaq və yem az olduğundan, heyvanların sayı da azaldılmalıdır. Əvəzində isə onların məhsuldarlığı artırılmalıdır. «İnək və camışlardan ildə 2500-3000 kq süd almaq şərti ilə, iribuynuzlu heyvanların sayını 1,8 mln.-a salmalıyıq», - deyə Ç.Fərəcov fikrini əsaslandırarkən əlavə edib. Qeyd edək ki, Azərbaycanda hər bir adam ildə orta hesabla 33,2 kq ət, 250 kq süd və 133 ədəd yumurta istehlak edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən isə, il ərzində adambaşına 70,1 kq ət, 359,9 kq süd və 243 ədəd yumurta istehlak olunmalıdır.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol