• $
  • €
  • ₽
  • ₺
  • £

ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi

ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı
təqdim etdi
17.11.2025 17:04

İstedadlara, gənclərin fərdi və karyera inkişafına davamlı dəstək göstərən ABB bu istiqamətdə daha bir layihəyə start verib. Bank Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun və UNEC-in rektoru Ədalət Muradovun iştirakı ilə Universitetdə proqramın təqdimatı olub. 

ABB-nin UNEC-lə birgə hazırladığı bu layihə universitet–biznes əməkdaşlığının xoş bir nümunəsidir. “Data və süni intellekt sertifikasiya proqramı”nın məqsədi ölkəmizin əmək bazarı üçün bu sahədə peşəkar kadrların yetişdirilməsidir. Proqramda iştirak üçün xüsusi seçim prosedurları əsasında UNEC-dən 22 tələbə seçilib. ABB-nin dəstəyi ilə onlara Universitetdə xüsusi dərslər tədris olunacaq. Bankda data və süni intellekt sahəsində çalışan peşəkar mütəxəssislər həmin tələbələrə dərs deyəcəklər. Proqramda yüksək səy göstərərək sertifikasiyadan uğurla keçmiş tələbələrin ABB-də bu sahə üzrə işəqəbulu imkanlarına da baxılacaq. 

Təqdimat tədbirindəki çıxışı zamanı Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin son 3 ildə data və süni intellekt istiqamətinə ciddi sərmayə qoyduğunu, 160-dan çox generativ və prediktiv modeli uğurla tətbiq etdiyini və bu modellərin Bank üçün 30 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaratdığını diqqətə çatdırıb: “Süni intellekt ölkələrin gələcək inkişafının əsas drayverinə çevrilir. ABB olaraq qürur duyuruq ki, süni intellekt həllərini ölkəmizə ilk gətirən və bu sahəni sürətlə inkişaf etdirən biznes qurumlarından biriyik. İnanıram ki, tələbələrin proqramdakı uğurları öz gələcəklərinə də, ölkəmizdə rəqəmsal transformasiya proseslərinə də ciddi töhfə verəcək” – Abbas İbrahimov bildirib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativsəhifələrindən əldə etmək olar.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol