• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi

Kapital Bank Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi
21.11.2025 15:54

Kapital Bank-ın nümayəndə heyəti Gəncə şəhərində yerləşən üç ali təhsil müəssisəsində – Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində elmi-pedaqoji heyət və tələbələr üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlimlər keçirib. Tədbirlər “Dayan, Düşün, Dəqiqləşdir” kampaniyası çərçivəsində baş tutub.


Təlimlərdə Kapital Bank-ın Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov, Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov və bankın Gəncə filialının müdiri Vüqar Paşayev çıxış edərək, kiberdələduzluğun növləri, real dələduzluq nümunələri, müdafiə üsulları və bankın təhlükəsizlik mexanizmləri barədə iştirakçılara geniş məlumat veriblər. 


Bank nümayəndələri baş vermiş real dələduzluq halları barədə danışaraq, vətəndaşların emosional vəziyyətlərindən sui-istifadə edildiyini xüsusilə vurğulayıblar. Bir sıra hallarda, vətəndaşların telefon zəngləri və müxtəlif sosial şəbəkələr vasitəsilə aldadılması qeyd edilib.

Həmçinin, vətəndaşlara plastik kartlarını 3-cü şəxslərə istifadəyə verilməsinin yolverilməz olduğu bildirilib. Bank nümayəndələri qeyd ediblər ki, kart məlumatlarının paylaşılması dələduzluq halları üçün birbaşa imkan yaradır və hər kəs sadə kibergigiyena qaydalarını bilmək və əməl etməklə özünü dələduzlardan qoruya bilər. Hər üç təlimin yekununda iştirakçılarla interaktiv sual-cavab sessiyası keçirilib, auditoriyanın gündəlik həyatda rastlaşdığı real dələduzluq situasiyaları müzakirə olunub və bank nümayəndələri tərəfindən ətraflı cavablandırılıb. 


Xatırladaq ki, Kapital Bank tərəfindən həyata keçirilən “Dayan, Düşün, Dəqiqləşdir” kampaniyası çərçivəsində ölkə üzrə maarifləndirici təşəbbüslər həyata keçirilir. Bank təlimlərlə yanaşı, kütləvi informasiya vasitələrində kibertəhlükəsizliklə bağlı press-relizlər, sosial şəbəkələrdə videoçarxlar və posterlər paylaşaraq, vətəndaşların məlumatlılığının artırılmasına dəstək olur. 


Qeyd edək ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmaq olmaz ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng edə bilməz. Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən mesaj tələb edə bilər. O həqiqətən bank əməkdaşıdırsa vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.

 
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc. 
 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol