• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda üzüm tumundan yağ istehsal olunacaq

Azərbaycanda üzüm tumundan yağ istehsal olunacaq
29.05.2020 09:29
Yaxın perspektivdə Azərbaycanda üzümçülük sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində üzüm tullantılarından da istifadə olunması planlaşdırılır. Bu məqsədlə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu üzüm tumlarından yağ istehsal olunmasına dair tədqiqat işləri aparmağı nəzərdə tutub. Bu barədə APA-ya elmi müəssisənin direktoru Tariyel Pənahov məlumat verib.“Hazırda dünyanın müxtəlif yerlərində üzümçülük sahəsində tədqiqat işləri aparılır. İnkişafın əsasında məhz elm durur. Maddi-texniki bazamızın möhkəmləndirilməsindən sonra geniş elmi işlərə başlayacağıq”, - deyə T.Pənahov qeyd edib.İnstitut direktoru əlavə edib ki, hazırda Azərbaycanda yeni dörd üzüm sortları rayonlaşdırılmaq məqsədi ilə Seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib: “İlhami”, “Kəpəz”, “Bəhrəli”, “Şamaxı hədiyyəsi” hibridləri təsdiq edildikdən sonra fermerlərə təklif olunacaq. Bununla yanaşı, 10 hibrid formasının seleksiyası və qiymətləndirilməsi artıq başa çatdırılıb”.Qeyd edək ki, ölkədə davamlı sort və hibridlərin yaradılması üzrə geniş tədqiqat işləri aparılır. Dövlət Komissiyasına təqdim edilən sortlardan əlavə, yeni “Azəri” süfrə, “Göygöl” texniki üzüm sortları artıq rayonlaşdırılıb. Bu sortlar Samux rayonu üzrə paylanılıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol