• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda velosiped yolu üçün təkliflər hazırlanır

Bakıda velosiped yolu üçün təkliflər hazırlanır
18.12.2013 15:30
2014-cü ildə Bakıda nəqliyyat infrastrukturları problemlərinin araşdırılması davam etdiriləcək, eləcə də bu sahədə müxtəlif həllərin təhlili üçün nəqliyyat proqnozlaşdırılmasının çoxmodallı modeli hazırlanacaq". Bu barədə Asiya İnkişaf Bankının (AİB) şəhərsalma üzrə mütəxəssisi Devid Marqonştern Azərbaycanın Nəqliyyat Nazirliyinin nümayəndələri ilə AİB mütəxəssislərinin keçirdikləri məsləhətləşmələr zamanı bəyan edib. ANN.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə bankın yaydığı məlumatda deyilir.Marqonştern Bakıda velosiped şəbəkəsi üçün təkliflər hazırlandığını deyib: "Avtomobil dayanacaqlarının tikintisi strategiyasının yaradılması, nəqliyyat axınının idarə olunması tədbirləri, strateji nəqliyyat dəhlizləri üçün sürət avtobuslarının ictimai tranzit sisteminin yaradılması, paytaxtın yol şəbəkəsinin və yol ayrıclarının inkişafı, şəhərdə tıxacların qarşısının alınması və nəqliyyat sisteminin yüklənməməsi üçün ictimai velosipedlər şəbəkəsinin yaradılması və digər innovativ tədbirlər haqqında təkliflər hazırlanacaq".Görüşə sədrlik edən nəqliyyat nazirinin müavini Musa Pənahov aparılan tədqiqatların mühümlüyünü qeyd edib və hazırlanan təklif və planların paytaxt nəqliyyatı sahəsində problemlərin həllinə kömək edəcəyinə ümidini ifadə edib.Bundan başqa, məsləhətləşmələr zamanı AİB-in texniki dəstək göstərəcəyi proqramın hazırlığı üçün seçilmiş Fransa konsaltinq şirkətinin ilkin hesabatı təqdim edilib.Qeyd edək ki, tədbir Bakının nəqliyyat infrastrukturundakı mövcud problemlərin müzakirəsinə həsr olunub. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol