• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ərzaqlıq buğdaya olan tələbatını 20% ödəyir

Azərbaycan ərzaqlıq buğdaya olan tələbatını 20% ödəyir
22.12.2025 15:48

Hazırda ərzaqlıq buğdaya olan daxili tələbatının böyük hissəsini əsasən Rusiyadan gətirilən idxal hesabına ödəyən Azərbaycan, yaxın illərdə yerli istehsalın payını indiki təxminən 20% səviyyəsindən milli tələbatın 50%-nə qədər artırmağı planlaşdırır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin yüksək rütbəli rəsmisi Anews.az-a bildirib.

“Azərbaycanda ərzaqlıq buğdaya olan illik tələbat təxminən 1,8 milyon tondur. Ölkə daxilində istehsal olunan təxminən 1,6 milyon ton buğdanın yalnız 300–400 min tonu ərzaqlıq buğda kimi istifadə olunur ki, bu da daxili tələbatın cəmi 20%-ni qarşılayır”, — Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli qeyd edib.

Onun sözlərinə görə, nazirlik müasir suvarma sistemlərinin tətbiqi, aqronomik təcrübələrin təkmilləşdirilməsi, iri fermer təsərrüfatlarının və aqroparkların iştirakının genişləndirilməsi hesabına istehsalı mərhələli şəkildə artırmaq niyyətindədir.

Bu səyləri dəstəkləmək məqsədilə 2022-ci ildə Azərbaycanda Prezident fərmanı əsasında daha yüksək keyfiyyətli taxıl istehsalını stimullaşdırmağa yönəlmiş ərzaqlıq buğda istehsalı üzrə dövlət proqramına start verilib.

“Proqram çərçivəsində 2025-ci ildə təxminən 23 min hektar sahədə ərzaqlıq buğda əkilib. Bu sahələrdə orta məhsuldarlıq hər hektardan 56 sentnerə çatır ki, bu da ölkə üzrə orta göstəricidən təxminən iki dəfə çoxdur. Bəzi aqroparklarda isə məhsuldarlıq hər hektardan 80 sentnerə qədər qeydə alınır”, — Səfərli vurğulayıb.

O əlavə edib ki, proqram çərçivəsində istehsal həcmi 2023-cü ildəki 112 min tondan 2025-ci ildə 125 min tona yüksəlib.

Məqsədli dəstəyə baxmayaraq, Azərbaycanda ümumi buğda istehsalı əsasən əkin sahələrinin azalması səbəbindən ötən illə müqayisədə 1,69 milyon tondan bu il 1,58 milyon tona düşüb.

Səfərlinin sözlərinə görə, bu azalma əsasən Azərbaycanın işğaldan azad edilən ərazilərində əkin sahələrinin ixtisarı ilə bağlıdır.

İqlim dəyişikliyi, yağıntıların azalması, habelə işğal dövründə kənd təsərrüfatı infrastrukturunun dağıdılması həmin ərazilərdə əkinçiliyin gözləniləndən daha az səmərəli olmasına səbəb olub.

Əgər əvvəllər bu ərazilərdə hər il təxminən 80 min hektar sahə əkilirdisə, 2025-ci ildə bu göstərici 51 min hektara enib.

Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, 2026-cı ildə buğda və arpa əkini sahələri ümumilikdə sabit — təxminən 930 min hektar səviyyəsində qalacaq.

Müasir suvarma və becərmə texnologiyalarının tətbiqi sürətləndirilmədən istehsalda kəskin artım ehtimalı azdır. Ərzaqlıq buğda istehsalının da 300–400 min ton diapazonunda qalacağı gözlənilir.

Azərbaycan hələ də əhəmiyyətli dərəcədə idxaldan asılıdır: buğda tədarükünün təxminən 90%-i Rusiyanın, 9%-i Qazaxıstanın, qalan hissəsi isə digər ölkələrin payına düşür.

Rəsmi məlumatlara görə, 2024-cü ildə Azərbaycan 279,7 milyon dollar dəyərində 1,292 milyon ton buğda idxal edib. Rusiyadan idxal 251,5 milyon dollar dəyərində 1,165 milyon ton, Qazaxıstandan isə 27,5 milyon dollar dəyərində 125,3 min ton təşkil edib. Digər ölkələrdən idxal təxminən 852,7 min dollar dəyərində 1 min ton olub.

Səfərli qeyd edib ki, hökumətin daxili istehsalı genişləndirmək və ərzaq təhlükəsizliyini gücləndirmək səylərinə baxmayaraq, 2025 və 2026-cı illərdə idxal həcminin təxminən cari səviyyədə qalacağı gözlənilir.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol