• $
  • €
  • ₽
  • ₺
  • £

Asiya İnkişafı Bankı Azərbaycana 465 mln. dollar ayıracaq

Asiya İnkişafı Bankı Azərbaycana 465 mln. dollar ayıracaq
16.12.2013 20:41
 Asiya İnkişafı Bankının (ADB) Azərbaycan üzrə 2014-2018-ci illər üçün Strategiyasının layihəsi 2014-cü ilin I rübündə, 2014-2016-cı illər üzrə Biznes-Plan isə gələn ilin yanvar ayında təsdiq olunmaq üçün Bankın Direktorlar Şurasına təqdim ediləcək.«APA-Economics»in xəbər verdiyi kimi, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono bəyan edib. O.Noroyononun sözlərinə görə, Biznes-Plana uyğun olaraq, Azərbaycana illik orta hesabla 155 mln. ABŞ dolları səviyyəsində kreditlərin ayrılması nəzərdə tutulur. Sənəddə əks olunan layihələr artıq ölkə hökuməti ilə razılaşdırılıb, Strategiya üzrə isə müzakirələr davam etdirilir. Bank qarşıdakı illərdə yeni əməkdaşlıq istiqamətləri sırasında alternativ və bərpa olunan enerji, Bakı şəhəri nəqliyyat sisteminin təkmilləşdirilməsi layihələrini sənədlərə daxil edib. Qeyd edilir ki, yeni istiqamətlər üzrə artıq texniki yardımın göstərilməsi üçün qrantların ayrılması barədə qərarlar qəbul edilib. Bu il ərzində reallaşdırılan layihələrə gəlincə, O.Noroyono bəyan edib ki, ADB Ağcabədi və Naxçıvanda su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün 150 mln. dollar ayırıb, 160 mln. dollar miqdarında olan elektrik enerjisinin ötürülməsinin yaxşılaşdırılması layihəsi üzrə işləri başa çatdırıb və 2013-cü ilin sonunadək layihəni bağlayacaq. Həmçinin, «Accessbank»a mikro, kiçik və orta sahibkarlığa dəstək proqramı çərçivəsində 50 mln. dollar həcmində kredit ayırıb. Bununla yanaşı, Bank Yol şəbəkəsinin inkişafı Proqramı üçün Multitranş Maliyyələşdirmə Mexanizminin sonuncu, IV tranşı çərçivəsində Gəncə şəhərində dörd körpü və yerli yolların yenidən qurulması üçün 45 mln. dollar həcmində kreditin şərtlərini ölkə hökuməti ilə müzakirəsinə hazırdır. Eyni zamanda, ADB icrası başa çatmış 55 mln. dollarlıq Gəncə dolama yolu Layihəsinin qiymətləndirilməsini həyata keçirib və nəticələri uğurlu kimi dəyərləndirib. Ümumilikdə, O.Noroyononun sözlərinə görə, Bankın Azərbaycan üzrə kredit portfeli son üç il ərzində 500 mln. dollardan 1,2 mlrd. dollara qədər artıb. Qeyd etmək lazımdır ki, 2013-cü ilin yayında ADB öz təsnifatında Azərbaycanı «B» səviyyəsindən «C» səviyyəsinə, yəni orta gəlirli ölkələr sırasına daxil edib. Bu isə Bank tərəfindən həmin ölkələrə güzəştli kreditlərin verilməsinə təsir edir və bu kateqoriyaya aid edilən dövlətlərə qarşı adi maliyyələşdirmə şərtləri tətbiq olunur. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol