• $
  • €
  • ₽
  • ₺
  • £

Milli axtarış sisteminin əsası qoyuldu

Milli axtarış sisteminin əsası qoyuldu
14.12.2013 10:14

"Dilmanc" proqram təminatı istehsalçısı milli axtarış sisteminin tərkib hissəsi olan axtarış kraulerini (crawler) yaradıb. Bunu Trend-ə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev deyib.Onun sözlərinə görə, axtarış krauleri istifadəçiyə Azərbaycan, rus və türk dillərində axtarışa verilən lazımi məlumatı tapmağa imkan verir.Ə.Fətullayev bildirib ki, milli axtarış sisteminin müəyyən komponentləri hazırda artıq reallaşdırılıb və layihə zəruri maliyyələşdirmə əldə edildikdən sonra həyata keçirilə bilər: "Layihənin həyata keçirilməsi üçün böyük texniki dəstək lazımdır. Hesablamalarımıza görə, ilkin versiyanı məlumatı saxlayacaq və hər gün indeksləşdirəcək bir neçə yüz personal kompüterin resurslarından istifadə etməklə işə salmaq mümkün olacaq".Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) istismara verildikdən sonra layihə daha böyük aktuallıq qazanacaq. Onun vacib üstünlüklərindən biri regional trafikin (videokonfranslar, filmlər, oyunlar və s.) bilavasitə bu vahid şəbəkə daxilində saxlanılması olacaq."Dilmanc" rəhbəri hesab edir ki, buna görə də milli axtarış sistemi məlumatın yekun istifadəçiyə daha əlverişli qiymətə çatdırılmasında faydalı ola bilər.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol