• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika müştəriləri rəqəmsal risklərə qarşı diqqətli olmağa çağırır

Bank Respublika müştəriləri rəqəmsal risklərə qarşı diqqətli olmağa çağırır
10.02.2026 13:29

Bank Respublika, hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə müştərilərini rəqəmsal mühitdə artan fırıldaqçılıq (fraud) risklərinə qarşı diqqətli olmağa çağırır. Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildən Avropa Komissiyasının “Təhlükəsiz internet” proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi tərəfindən təşkil olunur və əsas məqsədi istifadəçilərin onlayn təhlükəsizlik barədə maarifləndirilməsidir.

Rəqəmsal bank xidmətlərindən istifadənin genişlənməsi fonunda fırıldaqçılıq üsulları da daha hədəfli, daha inandırıcı və daha sürətli xarakter alır. Bank Respublika müştərilərinin maliyyə təhlükəsizliyinin qorunmasını prioritet hesab edərək, son dövrlərdə ən çox rast gəlinən risklər və onlardan qorunma yolları barədə maarifləndirici məlumatları diqqətə çatdırır.

Hazırda vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları aşağıdakılardır:

  • Saxta e-mail və SMS-lər vasitəsilə kart və hesab məlumatlarının ələ keçirilməsi (phishing, smishing);
  • Bank əməkdaşı adı ilə edilən telefon zəngləri (vishing);
  • Saxta onlayn mağazalar və həddindən artıq ucuz alış təklifləri;
  • Sosial şəbəkələrdə tanışların adından göndərilən “təcili pul” mesajları;
  • Saxta QR-kodlar və kampaniya elanları;
  • İş təklifi, investisiya və ya bonus adı altında kart məlumatlarının tələb olunması;
  • Mobil nömrənin ələ keçirilməsi (SIM-swap) və saxta mobil tətbiqlər.

Bank Respublika müştərilərə aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir:

  • Bank kartının PIN, CVV və OTP kodlarını heç bir halda paylaşmamaq;
  • SMS və e-maillərdəki naməlum və şübhəli keçidlərə daxil olmamaq;
  • Tələsdirən və qorxuducu zəng və mesajlara emosional reaksiya verməmək;
  • Pul köçürməzdən əvvəl məlumatı bankın rəsmi əlaqə kanalları vasitəsilə yoxlamaq;
  • Mobil tətbiqləri yalnız rəsmi tətbiq mağazalarından yükləmək;
  • “Zəmanətli qazanc” vədi verilən təkliflərə ehtiyatla yanaşmaq.

Bank Respublika heç bir halda müştərilərindən telefon, SMS, e-mail və ya sosial şəbəkələr vasitəsilə kartın məxfi məlumatlarını tələb etmir. Şübhəli vəziyyətlə qarşılaşdıqda əməliyyatı dərhal dayandırmaq və bankın rəsmi əlaqə kanalları ilə əlaqə saxlamaq tövsiyə olunur.

? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr:  ? Facebook | ? Instagram | ? LinkedIn      | ? Telegram
? Çağrı Mərkəzi: 144 

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol