• $
  • €
  • ₽
  • ₺
  • £

Gizli radar qanunla qadağan edilir? - VİDEO

Gizli radar qanunla qadağan edilir? - VİDEO
12.12.2013 12:02
Sürücülərin gizli radar kimi tanıdığı mobil radarlar əsasən yol kənarlarında, mülki avtomaşınlarda quraşdırılır. Əslində bütün bu radarlar avtomobillərin sürətini ölçməyə xidmət etsə də, belə radarlar yol kənarında hətta gizli yerlərdə quraşdırıldığına görə yol polisi ilə sürücülərin mübahisəsinə səbəb olur. Sürücülər gizli şəkildə mülki avtomobillərdə və heç bir yol nişanı olmayan ərazidə radarın yerləşdirilməsinə etiraz edir.Təbii bütün bunlar sürücülərin fikridir. Lakin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev sürücülərin bu fikirləri ilə razılaşmır. Şöbə rəhbərinin sözlərinə görə, qanun mobil radarların tətbiqini qadağan etmir və bu əməliyyatın gizli növü sayılır. Yol nişanlarına gəlincə isə sürücülər haqlıdır. BDYPİ-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev: “İstər keşik patrul avtomobillərində, istərsə də piyada xidmət aparan naryadda da bu radarlar istifadə oluna bilər. Belə ki, həmin surət ölçən cihazlar istənilən ərazidə, yəni xidmət yerindən asılı olaraq xidməti ərazidə həmin radarların yerini dəyişdirməklə istifadə oluna bilər. Sadəcə bu radarların istifadə olunduğu ərazidə bilirsiz ki, müvafiq yol nişanları mütləq olmalıdır. Bu da yol hərəkəti qanununun 50-ci maddəsində müvafiq dəyişikliklər və əlavələr edildikdən sonra qüvvəyə mindi”. Beləliklə, qarşıda radar olduğunu göstərən yol nişanı olduğu təqdirdə stasionar radar kimi mobil radarlar da qanunidir. Amma yol polisi sizə radara düşməniz barədə məlumat verirsə və siz bununla razılaşmırsızsa, yol polis əməkdaşı protokol tərtib edir, lakin qərar çıxarılmır. Qərar radarın fotogörüntüsü qeydiyyatda olduğunuz ərazinin yol polis şöbəsinə göndərildikdən sonra və sizin iştirakınızla çıxarıla bilər. Onu da bilin ki, qeyd olunan zamanda şöbəyə getməsəniz, qərar çıxarılacaq. Hər bir halda qərardan narazısınizsa,10 gün ərzində qərardan şikayət edə bilərsiniz.Radarları müəyyən edən cihazlardan istifadə etməyə isə ölkəmizdə icazə verilmir.Avtoekspert Azər Allahverənov: “Bir qism ölkələrdə çox ciddi məsələ nədən ibarətdir? Həmin o radar sistemləri ki var, yəni, iki cür radar əleyhinə cihazdan istifadə edirlər, var ki anti-radar, bir də var radarı müəyyən edən qurğular. Azərbaycanda bu qurğular qadağan olunur, misal üçün Rusiyanı, Almaniyanı götürək orda radarı müəyyən edən cihazların tətbiqinə icazə verilir. Hətta Almaniyanın özündə bir növdə həvəsləndirmə kampaniyaları da keçirilir”. Ümumiyyətlə, radarların harda olmasından asılı olmayaraq, sürücü qoyulmuş sürət həddini göstərən nişanlara uyğun avtomaşını idarə etsə, daha məqsədəuyğun olar. Odur ki, fərqi yoxdur, istər gizli radar, istər radar dedektorlar sürücünün avtomaşınını yüksək sürətlə idarə etməsinə əsas vermir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol