• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyat qaydalarına dövlət nəzarəti dəyişdi

Nəqliyyat qaydalarına dövlət nəzarəti dəyişdi
29.05.2020 01:04
Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişikliklər edilib.ANN.Az-ın Nazirlər Kabinetinin mətbuat xidmətinə istiadən verdiyi məlumata görə, dəyişiklik avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsinə dövlət nəzarəti ilə bağlıdır.Dövlət nəzarəti Nəqliyyat Nazirliyi və onun səlahiyyətli qurumları, habelə səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən həyata keçirilir. İndiyə qədər sərnişin daşınması şərtləri pozulduqda, sərnişinlərin həyat və sağlamlığına zərər vurulduqda, sərnişin daşımaları sahəsində digər normativ hüquqi aktların tələbləri müntəzəm olaraq yerinə yetirilmədikdə, müntəzəm marşrutlar üzrə sərnişin daşımalarında mütəmadi olaraq hərəkət cədvəlindən normativdən artıq kənaraçıxmalara yol verdikdə, habelə hərəkət sxeminə riayət etmədikdə və mülki məsuliyyətin və sərnişinlərin icbari sığortasına dair tələbləri pozduqda nəzarət edən şəxsin tərtib etdiyi akt əsasında daşıyıcı xəbərdar oluna və ya daşımalardan kənarlaşdırıla bilərdi.Dəyişikliyə əsasən, bundan sonra sərnişin daşımalarına dair bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilmədikdə, sərnişin daşınması şərtləri pozulduqda, sərnişinlərin həyat və sağlamlığına zərər vurulduqda, sərnişin daşımaları sahəsində digər normativ hüquqi aktların tələbləri mütəmadi olaraq yerinə yetirilmədikdə, mülki məsuliyyətin və sərnişinlərin icbari sığortasına dair tələblər pozulduqda, müvafiq sənədlərin olmaması səbəbindən nəzarət edən şəxs dövlət nəzarəti tədbirlərini həyata keçirə bilmədikdə nəzarət edən şəxsə tərtib etdiyi akt əsasında daşıyıcını xəbərdar etmək və ya daşımalardan kənarlaşdırmaq hüququ verilib.Eyni zamanda, daşıyıcıya məxsus avtonəqliyyat vasitəsi xüsusi texniki vasitələr tətbiq edilməklə daşımalardan kənarlaşdırıldıqda, onun qorunub saxlanılması Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumları tərəfindən təmin ediləcək.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol