• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni neft-kimya kompleksinin inşası üçün torpaq sahəsi ayrıldı

Yeni neft-kimya kompleksinin inşası üçün torpaq sahəsi ayrıldı
11.12.2013 17:24
Azərbaycanda Neft-qaz emalı və neft-kimya Kompleksinin (NQNK) inşa ediləcəyi ərazidə mövcud infrastrukturun köçürülməsi məqsədilə işlərə başlanılıb.Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ-in yeni inşa edəcəyi NQNK üçün müvafiq torpaq sahəsinin ayrılması haqqında Nazirlər Kabinetinə edilmiş müraciətə müsbət cavab verilib. Bu məqsədlə Bakı şəhər və Abşeron rayon İcra hakimiyyətlərinin müvafiq sərəncamları əsasında Qaradağ və Abşeron rayonlarının həmsərhəd ərazisində, Səngəçal terminalının yaxınlığında 4 200 hektara yaxın torpaq sahəsi ayrılıb. Həmin ərazidə mövcud olan infrastrukturun köçürülməsi məqsədilə müvafiq qurumlarla danışıqlara başlanılıb. Qeyd olunan ərazidə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus rabitə xətləri, «Azərsu» ASC-yə məxsus su xətti, «Azəriqaz» İB-yə məxsus qaz xətti, «Azərenerji» ASC-yə və «Bakıelektrikşəbəkə» ASC-yə məxsus yüksək gərginlikli elektrik xətlərinin keçdiyi nəzərə alınaraq, bunların köçürülməsi ilə əlaqədar aidiyyəti təşkilatlarla birlikdə layihələndirmə işləri həyata keçirilir. Layihələndirmə işləri yekunlaşdıqdan sonra müvafiq tikinti təşkilatları cəlb ediləcək və həmin xətlərin köçürülməsi işlərinə başlanacaq.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol