Xarkov-Bakı aviareysinin vaxtı dəyişdirildi

«UTair Ukraine» aviaşirkəti Xarkov (Ukrayna) şəhərindən Bakıya sərnişin təyyarələrinin uçuş cədvəlini dəyişdirib. «APA-Economics»in məlumatına görə, dekabrın 21-dən uçuşlar həmişəki kimi şənbə günü həyata keçiriləcək, lakin aviareyslərin vaxtında dəyişiklik ediləcək. Uçuş cədvəlinə edilən dəyişikliyə əsasən, Xarkov-Bakı reysi saat 09:40-da yerinə yetiriləcək və təyyarə saat 15:40-a Bakıya çatacaq. Bakı-Xarkov reysi isə saat 16:40-18:45-də yerinə yetiriləcək. Qeyd edək ki, uçuşlar yeni «ATR 72-500» təyyarəsi ilə həyata keçirilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























