• $
  • €
  • ₽
  • ₺
  • £

“BlackBerry” telefon istehsalını ikincidərəcəli biznes edəcək

“BlackBerry” telefon istehsalını ikincidərəcəli biznes edəcək
10.12.2013 22:37

Kanadanın “BlackBerry” şirkəti rəhbərliyini dəyişərək və investisiya alaraq fəaliyyətin yenidən təşkilini davam etdirəcək, eləcə də əsas diqqətini servis və proqram təminatına yönəldəcək.

Bildirilir ki, şirkət smartfonların istehsalı üzrə biznesi ikincidərəcəli etməyi planlaşdırır. Belə ki, əsas səylərin servislərə, o cümlədən “BlackBerry Messenger” (BBM) messencerinə istiqamətlənməsi gözlənilir.  

Hazırda ani məlumat mübadiləsi üçün nəzərdə tutulan bu xidmət 80 milyon abunəçi auditoriyasına malikdir ki, bunun da 20 milyonu "Android” və “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahibləridir.  

Kanada istehsalçısı “BBM”-in tanıdılması proqramı çərçivəsində İndoneziya, Hindistan və digər inkişaf etməkdə olan ölkələrdə tərəfdaşların dəstəyini qazanıb. Sözügedən ölkələr öz “Android” sistemli aparatlarında “BBM” messencerinin quraşdırılması ilə bağlı öhdəlik götürüblər.  

Şirkət diqqətini proqram təminatına yönəltməsinə baxmayaraq telefon bazarını tərk etmək niyyətində deyil. Bu barədə “BlackBerry”nin müvəqqəti baş direktoru Con Çen bildirib. Onun sözlərinə görə, smartfon istehsalı şirkət üçün idarəetmə qurğuları və “BBM” ilə yanaşı, vacib fəaliyyət istiqaməti olaraq qalır.

 

Xatırladaq ki, "BlackBerry” şirkətin səhmlərini 4,7 milyard dollara  “Fairfax Financial Holdings” investisiya konsorsiumuna satmaqdan imtina edərək baş direktoru işdən azad edib və investisiyalar cəlb etməyə başlayıb, - "3DNews www.3dnews.ru” yazır.  

Ictnews

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol