• $
  • €
  • ₽
  • ₺
  • £

İnternet-provayderlər nazirliyin təklifini qəbul etməyib

İnternet-provayderlər nazirliyin təklifini qəbul etməyib
10.12.2013 09:35
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dövlət rabitə operatorlarının şəbəkə infrastrukturlarının icarə tariflərinin azaldılması məsələsi üzrə təklifi internet-provayderlərin gözləntilərini doğrultmayıb. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə məlumat verib.Söhbət kabel-kanalizasiya sistemləri infrastrukturlarının, optik rabitə xətləri portlarının icarəyə verilməsindən, internet-provayderlərin rabitə operatorlarının telekommunikasiya qovşaqlarında avadanlıqlarının saxlanmasının dəyərindən gedir. Bu xidmətləri provayderlər həm dövlətdən, həm də ilkin provayderlərdən alırlar və onların əsasında öz fəaliyyətlərini təşkil edirlər və internet xidmətlərini son istifadəçilərə təqdim edirlər.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin icarə tariflərinin 20 faiz azaldılmasına dair təklifi internet xidmətləri təchizatçılarının gözləntilərini doğrultmayıb.Mənbə bildirib: "Telekommunikasiya infrastrukturu güclərinin icarəsinə hazırda qüvvədə olan tariflər kifayət qədər yüksəkdir. İnternet-provayderlər icarə dəyərinin 50 faiz azaldılacağına ümid edirdilər ki, bu da nazirliyin baxışları ilə uyğun gəlmir. İstisna edilmir ki, bu, nazirliyin büdcəsinə ayırmaların azalmasına təsir edə bilər. Bununla belə, əgər icarə dəyəri azaldılacaqsa, onda bunun son istehlakçılar üçün çıxış dəyərinin azaldılmasına gətirib çıxaracağı labüddür".İcarə dəyərinin azaldılması barədə təklif baxılmaq üçün nazirliyə Azərbaycan İnternet Cəmiyyəti tərəfindən təqdim edilib. Bu təklifin müzakirə edilməsi üçün nazirlikdə dəfələrlə görüşlər keçirilib. Həmin görüşlərdə bütün aspektlərə baxılıb və dəyişiklik edilib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol