• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda torpaqların qiymətləndirilməsi üçün yenilik

Azərbaycanda torpaqların qiymətləndirilməsi üçün yenilik
29.05.2020 06:44
Azərbaycanda torpaq sahələrinin bazar qiymətinin formalaşması zamanı yeni metodologiyadan istifadə olunacaq.«APA-Economics»in məlumatına hörə, yeni üsul Avropa Birliyinin dəstəyi ilə İsveçin «Lantmateriet» və Latviya Dövlət Torpaq Xidməti ilə birlikdə hazırlanıb. Belə ki, bu proses zamanı əvvəllər nəzərə alınmayan cəhətlər əsas götürülür. «APA-Economics»in xəbər verdiyi kimi, bu yenilik haqda jurnalistlərə verdiyi açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.Q.Məmmədov qeyd edib ki, Avropa Birliyi Azərbaycana torpaqların bazar qiymətinin formalaşması istiqamətində dəstək göstərir: «Məsələn, Azərbaycanda ən yaxşı və keyfiyyətli torpaq dağ-qara torpaqlarıdır. Onlar Gədəbəydə yayılıb. Abşeronda isə boz-qonur torpaqlar yayılıb. Bu xüsusiyyətlərinə görə, Gədəbəyə 100 bal, Abşeron torpaqlarına isə 40 bal verilir. Lakin Abşeron torpaqları iqtisadi cəhətdən Gədəbəy torpağından qat-qat bahadır. Hesablamalar da göstərib ki, bu torpaqlardan əldə olunan gəlir də yüksək olur». «Yeni üsulla Abşeronun paytaxta yaxın olması, infrastruktur, elektrik, qaz, bazara yaxın olması və s. kimi parametrləri nəzərə alınır. Amma bu vaxta qədər torpağın bonitirovkası və iqtisadi cəhətdən qiymətləndirilməsi zamanı bu məqamlar nəzərə alınmırdı», - deyən Q.Məmmədov torpağın qiymətləndirilməsi zamanı artıq yeni metodologiyanın tətbiq olunduğunu vurğulayıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol