Azərbaycanda ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə bağlı tender

Gələn ilin yanvar ayında Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə bağlı tender elan olunacaq.APA-nın xəbərinə görə, bu barədə məlumat verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib ki, artıq Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə bağlı bütün müzakirələr və təhlillər başa çatıb. Nazir bəyan edib ki, texniki tapşırığın yüksək beynəlxalq səviyyəyə uyğun olaraq hazırlanması yekunlaşıb: “Gələn ilin yanvar ayında tender elan olunacaq. Tender məhdud saylı şirkətlər arasında keçiriləcək. Ən müasir və yüksək keyfiyyətə uyğun şəkildə biz bu layihəyə başlayacağıq”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























